
İtaliya futbolunda VAR qalmaqalı: Prokurorluq araşdırmaya başladı
İtaliya prokurorluğu Canluka Rokkinin VAR hakimlərinə təzyiq göstərməsi və mümkün idman saxtakarlığı ilə bağlı araşdırmaya başlayıb.
İtaliya prokurorluğu Canluka Rokkinin VAR hakimlərinə təzyiq göstərməsi və mümkün idman saxtakarlığı ilə bağlı araşdırmaya başlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
İstintaq son iki mövsümdə baş verən mübahisəli epizodlardan sonra başlanıb. Xüsusilə, 2025-ci ilin martında "Udineze" - "Parma" oyununda VAR otağından yayılan görüntülər diqqət çəkib.
Həmin epizodda videohakimin kənardan məsləhət alması və bundan sonra baş hakimin monitora çağırılması nəticəsində penalti təyin olunub. Bu qərar isə geniş mübahisələrə səbəb olub.
Məsələ ilə bağlı Canluka Rokkinin keçmiş köməkçisi İtaliya Hakimlər Assosiasiyasına müraciətində bildirib ki, Rokki VAR otağının şüşəsinə döyərək videohakimlərin diqqətini cəlb edib və bundan sonra baş hakim epizodu izləməyə dəvət olunub.
Bu hadisə ötən il də araşdırılsa da, heç bir sanksiya tətbiq edilməyib.
Yeni materiallar digər oyunlarda da mümkün pozuntuların olduğunu göstərir. İstintaq VAR hakimlərinə təzyiqin sistemli olub-olmadığını və bunun oyunların nəticələrinə təsir edib-etmədiyini araşdırır.
2020-ci ildən Seriya A və Seriya B oyunlarına hakim təyinatına cavabdeh olan Canluka Rokki ittihamları rədd edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi oldu
Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi olub.
İdman"Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi oldu - VİDEO
Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının qalibi olub.
İdman"Arsenal" - "Nyukasl Yunayted" oyununda bir qol vuruldu - VİDEO
İngiltərə Premyer Liqasının 34-cü turunda "Arsenal" evdə "Nyukasl Yunayted" üzərində 1:0 hesablı qələbə qazanıb.
İdmanAzərbaycanın sərbəst güləşçisi Avropa çempionatında bürünc medal qazandı
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.