
İtaliya İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırdı
İtaliya Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar olaraq İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəlib.
İtaliya Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar olaraq İsraillə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəlib.
Gundem.today-ın kp.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni məlumat verib. Veronada keçirilən "Vinitaly" tədbiri zamanı keçirilən mətbuat brifinqində baş nazir qərarını izah edib. O bildirib ki, kabinet mövcud vəziyyəti diqqətlə nəzərdən keçirib və müqavilənin avtomatik yenilənməsinin dayandırılmasının zəruri olduğu qənaətinə gəlib.
Qeyd edək ki, İtaliya və İsrail arasında müqavilə 2003-cü ildə Parisdə imzalanıb. Müqavilə texniki məlumat mübadiləsi, kəşfiyyat və birgə silah tədarükü də daxil olmaqla hərbi əməkdaşlığı əhatə edirdi. Müqavilə hər beş ildən bir avtomatik olaraq yenilənirdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıb
Livan və İsrail nümayəndələri arasında münaqişənin tənzimlənməsi üzrə görüş iki saatdan çox davam edib.
DünyaVens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranın danışıqlarda çətin tərəf olduğunu bildirib.
Dünyaİrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıb
"Taşir" Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının şura üzvü Qoar Qumaşyan İrəvanda saxlanılıb.
DünyaTramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"
"İtaliyanın Baş naziri Corcia Melonidə yanılmışam".