
İtaliyada nüfuzlu mafiya üzvü saxlanılıb
İtaliya Daxili İşlər Nazirliyinin ən təhlükəli mafiya üzvləri siyahısına daxil edilən Roberto Matsarella saxlanılıb.
İtaliya Daxili İşlər Nazirliyinin ən təhlükəli mafiya üzvləri siyahısına daxil edilən Roberto Matsarella saxlanılıb.
Gundem.today RAI-yə istinadən xəbər verir ki, 48 yaşlı mafiya üzvü Amalfi kurort şəhərində yerləşən lüks villada həbs edilib.
Məlumata görə, o, Pasxa bayramını həyat yoldaşı və iki övladı ilə keçirmək üçün saxta sənədlərlə qeydiyyatdan keçib. Polis onun evində axtarış zamanı bahalı saatlar, təxminən 20 min avro nağd pul, saxta sənədlər, smartfonlar və maliyyə hesabatlarına aid sənədlər aşkarlayıb.
Qeyd edək ki, Matsarella 2000-ci ildə Neapolda Antonio Mayonenin qətlinin sifarişində ittiham olunur. Mayone qisas məqsədilə öldürülüb. O, Roberto Matsarellanın atası Salvatore Matsarellanı qətlə yetirmiş killerin qardaşı olub.
Bu qətlin icraçıları və sifarişçisi 24 il sonra müəyyən edilib və 2025-ci il yanvarın 28-də Roberto Matsarellanın saxlanılması üçün order verilib. Həmin vaxt o, həbsdən yayınaraq gizlənə bilmişdi.
Roberto Matsarellanın klanı Neapolda çirkli pulların yuyulması ilə məşhurdur və "Kamorra" mafiyasının strukturuna daxildir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar
Çin şirkətləri Yaxın Şərqdəki münaqişə fonunda ABŞ ordusunun silahları və hərəkətləri barədə məlumatların satışını təklif etməyə başlayıblar.
DünyaTramp Tehrana yeni zərbələrin görüntülərini paylaşdı - VİDEO
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Tehrana endirilən yeni zərbələrin videosunu paylaşıb və İranın hərbi rəhbərliyinin məhv edildiyini iddia edib.
DünyaƏraqçı: "İrana hücumlara reaksiyanın olmaması BAEA-ya inamı sarsıdır"
İranın xarici işlər naziri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İrandakı nüvə obyektlərinə hücumlara lazımi reaksiya verməməsinin təşkilata inamı sarsıtdığını bildirib.
DünyaKİV: İtaliyanın hava limanlarında yanacaq məhdudiyyətləri tətbiq olunmağa başlayıb
Yaxın Şərqdəki münaqişə səbəbindən İtaliyanın dörd hava limanında aviasiya yanacağına qənaət tədbirləri görülməyə başlanıb.