
İtalyan keyfiyyəti Azərbaycan tarlalarında: "Prime Leasing" və "Landini" əməkdaşlığında yeni mərhələ
Azərbaycanın aqrar sektorunda daim yenilikləri ilə tanınan "Prime Leasing" MMC, İtaliyanın dünyaşöhrətli "Argo Tractors" istehsalçısına məxsus "Landini" brendi ilə rəsmi əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində şirkətin nümayəndə heyəti İtaliyanın Fabbriko şəhərində yerləşən "Argo Tractors"un baş qərargahına və zavodlarına işgüzar səfər edərək əsas strateji hədəflərlə bağlı görüşlər keçirib.
Azərbaycanın aqrar sektorunda daim yenilikləri ilə tanınan "Prime Leasing" MMC, İtaliyanın dünyaşöhrətli "Argo Tractors" istehsalçısına məxsus "Landini" brendi ilə rəsmi əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində şirkətin nümayəndə heyəti İtaliyanın Fabbriko şəhərində yerləşən "Argo Tractors"un baş qərargahına və zavodlarına işgüzar səfər edərək əsas strateji hədəflərlə bağlı görüşlər keçirib.
Səfərin detalları və Azərbaycan fermerləri üçün açılan yeni imkanlar, eləcə də gələcək planlar barədə "Prime Leasing"in aparıcı məhsul meneceri Leyla Məmmədova ilə həmsöhbət olduq.
Sual: Leyla xanım, İtaliya səfərinin əsas strateji hədəfi nə oldu?
Leyla Məmmədova: Səfərimizin əsas hədəfi olaraq, aparılmış təhlillər əsasında "Argo Tractors" rəhbərliyi ilə Azərbaycanın aqrotexnoloji mühiti və fermerlərimizin ehtiyaclarına uyğun traktorlar barədə fikir mübadiləsi apardıq. Həmçinin dünya bazarına təqdim olunan yeni "Landini" modellərinin təqdimatını izlədik və əvvəlki modellərlə hazırda istehsal olunan modellər arasındakı üstünlüklər və yeniliklər bizə ətraflı izah edildi. Bu əməkdaşlıq çərçivəsində əldə olunan bilik və təcrübənin ölkəmizdə kənd təsərrüfatının inkişafına, fermerlərin daha müasir və səmərəli texnika ilə təmin olunmasına töhfə verəcəyinə inanırıq.
Sual: Azərbaycan bazarı üçün yeni idxal edilən modellər fermerlərimizə hansı üstünlükləri təqdim edəcək?
Leyla Məmmədova: Yeni təqdim olunan modellərdə kabinə, qoşqu sistemi və idarəetmə mexanizmləri üzrə innovativ yeniliklər tətbiq edilib.
• Bağçılıq üçün: Traktorlarımızda mühərrik gücü və mühəndis dəqiqliyi ilə tətbiq edilən kompakt ölçülər fermerlərimizə bağçılıq işlərində müasir aqreqatlarla uyğun işləməsinə imkan verir. Bağ traktorlarımız fermerlərimizin minimal sürətdə işlərinə maksimal güc verməklərinə şərait yaradan kriper mexanizmi ilə təchiz olunub.
• Pambıqçılıq üçün: Yüksək klirensə malik traktorlarımız pambıqçılıq və cərgəli bitkilərin becərilməsində istifadə olunaraq fermerlərimizə gələcək məhsuldarlığın artırılmasına zəmanət verir.
• Şum işləri üçün: Yüksək at gücünə malik traktorlarımız imkan yaradır ki, fermerlərimiz ölkəmizin hətta ən ağır torpaq strukturu olan ərazilərində bütün növ torpaq işlərini icra etsin.
Sual: Satışdan sonrakı xidmət və texniki dəstək məsələləri necə tənzimlənəcək?
Leyla Məmmədova: Bu bizim şirkət üçün önəmli və həssas məqamdır. Fermerlərimiz tərəfindən əldə olunan traktorların mövsüm ərzində qüsursuz istifadəsini təmin etmək məqsədilə geniş ehtiyat hissələri anbarı və texniki xidmət mərkəzimiz fəaliyyət göstərir.
Sual: Fermerlər niyə bu texnikaları almalıdır?
Leyla Məmmədova: 142 illik zəngin təcrübəyə malik bu brend etibarlılığı və yüksək keyfiyyəti ilə uzun illərdir dünya fermerlərinin güvənini qazanır. Fermerlər üçün bu texnikanı seçmək sadəcə bir seçim deyil, məhsuldarlığı maksimuma çatdırmaq və xərcləri minimuma endirmək üçün düşünülmüş və ağıllı bir investisiyadır. Etibarlı dizel mühərriki, üstün yanacaq qənaəti və müasir texnoloji tələblər ilə bu texnikalar kənd təsərrüfatında yüksək səmərəliliyin və gücün simvoluna çevrilib. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox Avropa brendlərindən fərqli olaraq "Landini" brendinə məxsus bütün məhsullar yalnız İtaliyada istehsal olunur və bu da keyfiyyətə olan prinsipial yanaşmanın bariz göstəricisidir.
Sual: Fermerlər bu texnikaları haradan və hansı şərtlərlə əldə edə bilərlər?
Leyla Məmmədova: Məlumat olaraq bildirmək istərdim ki, ölkənin 5 əsas aqrar regionunda fəaliyyət göstərən regional xidmət mərkəzlərimiz vasitəsilə fermerlərimiz dövlətin ayırdığı 40% güzəştdən yararlanaraq əlverişli lizinq şərtləri ilə traktorları əldə edə bilərlər. Əlavə olaraq qeyd etmək istərdim ki, fermerlərimizin rahatlığı üçün istehsalçının istehsal xətti ilə birbaşa tanış olmuş və brend üzrə geniş biliklər əldə etmiş əməkdaşlarımız regionlarda fermerlərimizlə öz tövsiyələrini bölüşməyə və onların suallarını cavablandırmağa tam hazırdırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.
Digər"Bakı Gəmiqayırma Zavodu" MMC və "KTZ Express Shipping" arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb
"AZCON Holding" şirkətlərindən olan "Bakı Gəmiqayırma Zavodu" MMC ilə "Samruk-Kazına" ASC-nin şirkətlər qrupuna daxil olan "KTZ Express Shipping" şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, müasir beynəlxalq standartlara uyğun iki quru yük gəmisinin inşası həyata keçiriləcək.
Digər"Kontakt"dan qazan dəsti aldı, 100 000 manat qazandı
"Kontakt" mağazalar şəbəkəsinin hər kəsə seçim azadlığı tanıyan "Qoşa seç, 100 000 apar" kampaniyası sevindirməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti final tədbirində daha bir ailə tam-tamına 100 000 manatlıq böyük pul mükafatının sahibi olub.
Digər"Azeronline"a yeni baş müdir təyin edilir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline LTD" BM-ə yeni baş müdir təyin olunur. Bu vəzifə Fərid Akif oğlu Salamova həvalə edilir.