
İtalyan tennisçi Sinner yeni rekord qırdı
Dünyanın birinci raketkası olan italyan tennisçi Yannik Sinner Madriddə ATP "Masters" seriyasının turnirində finala yüksəlib.
Dünyanın birinci raketkası olan italyan tennisçi Yannik Sinner Madriddə ATP "Masters" seriyasının turnirində finala yüksəlib.
Gundem.today "Opta"ya istinadən xəbər verir ki, yarımfinalda 24 yaşlı Sinner dünyanın 25-ci raketkası olan fransalı Artur Fisi 6:2, 6:4 hesabı ilə məğlub edib.
Sinner "Masters" turnirlərində ardıcıl 27-ci qələbəsini qazanıb. Cari mövsümdə italyan tennisçi İndian-Uells, Mayami və Monte-Karloda üç "Masters" turnirində qalib gəlib.
Məlumata görə, Sinner Rafael Nadal, Rocer Federer və Novak Cokoviçdən sonra doqquz "Masters" turnirinin hamısının finalına yüksələn dördüncü tennisçi olub. Bununla belə, italiyalı bu nailiyyətə cəmi 41 turnirdə nail olmaqla yeni rekord müəyyənləşdirib.
Həlledici matçda Sinnerin rəqibi alman Aleksandr Zverev və ya belçikalı Aleksandr Bloks olacaq. Mükafat fondu 8,235 milyon avro olan Madrid turniri mayın 3-də başa çatacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPSJ-nin baş məşqçisi Çempionlar Liqasında rekord müəyyənləşdirdi
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında 50 qələbə göstəricisinə həmkarları arasında ən tez çatıb.
İdmanLuis Enrike PSJ-də çalışdığı dövrdə qarşılaşdığı ən çətin rəqibin adını çəkdi
"Bavariya" mənim PSJ-dəki fəaliyyətim dövründə qarşılaşdığım ən çətin rəqibdir".
İdmanİcra başçısının oğlu yüksək vəzifəyə gətirildi - Oqtay Əsədovu əvəz edəcək
Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağında qurumun prezidenti seçilib.
İdman"Qarabağ"ın ulduz futbolçusu üçün mövsüm başa çatdı - Əməliyyat olunacaq
Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda zədələnən Joni Montielin vəziyyəti açıqlanıb.