
"Qarabağ"ın ulduz futbolçusu üçün mövsüm başa çatdı - Əməliyyat olunacaq
Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda zədələnən Joni Montielin vəziyyəti açıqlanıb.
Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda zədələnən Joni Montielin vəziyyəti açıqlanıb.
Bu barədə Gundem.today-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Joni Montiel üçün mövsüm artıq başa çatıb:
"Montielin zədəsi ciddidir. Çeçələ barmağı qırılıb. Bu gün əməliyyat olunacaq. Minimum bir ay yaşıl meydanlardan kənarda qalacaq. Joni Montiel üçün mövsümün bitdiyini deyə bilərik".
Qeyd edək ki, Montiel Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" ilə oyununun 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobudluğundan sonra zədələnərək birbaşa xəstəxanaya aparılmışdı.
Xatırladaq ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"İmişli" klubu gənc yarımmüdafiəçisi ilə müqaviləni yenilədi
"İmişli" futbol klubu istedadlı oyunçusu İdris İnqilablı ilə müqavilənin müddətini uzadıb.
İdmanTəxirə salınmış derbinin nəticəsi: AFFA "Qarabağ"ı və "Neftçi"ni cərimələdi
Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi - Qarabağ" qarşılaşması ilə bağlı hər iki kluba cəzalar verilib.
İdmanHəftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
İdmanMaradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?
Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.