
Kameral gömrük auditinin aparılma qaydası müəyyənləşir
Azərbaycanda kameral gömrük auditinin aparılma qaydası müəyyənləşir.
Azərbaycanda kameral gömrük auditinin aparılma qaydası müəyyənləşir.
Gundem.today xəbər verir ki, sözügüdən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Kameral gömrük auditi gömrük bəyannamələrində mövcud olan məlumatların xarici ticarət fəaliyyəti ilə bağlı kommersiya, maliyyə və nəqliyyat sənədləri və əldə olunmuş digər sənədlər əsasında araşdırılması və təhlili yolu ilə aparılacaq.
Kameral gömrük auditi bu barədə qərar qəbul edilmədən və barəsində kameral gömrük auditi aparılan şəxsə məxsus yerlərə getmədən malların buraxılışından sonrakı 60 iş günündən artıq olmayan müddətdə aparılır. Eyni gömrük bəyannaməsi üzrə kameral gömrük auditi yenidən aparıla bilməz.
Kameral gömrük auditinin müddəti gömrük orqanı tərəfindən zəruri sənədlərin və məlumatların əldə olunması məqsədilə göndərilən beynəlxalq sorğularla bağlı 30 iş gününədək uzadıla bilər.
Bundan başqa, kameral gömrük auditi başa çatdıqdan sonra gömrük orqanı gömrük bəyannaməsində və ona əlavə edilmiş sənədlərdə təhrif olunmuş, düzgün olmayan və ya natamam məlumat aşkar etdikdə, xarici ticarət iştirakçısına əlavə məlumat, sənəd və izahat təqdim edilməsi barədə beş iş günü müddətində bildiriş göndərir. Tələb olunan əlavə məlumat, sənəd və izahatlar 10 iş günü müddətində gömrük orqanına təqdim edilməlidir.
Təqdim olunmuş əlavə sənəd və məlumatlara gömrük orqanı tərəfindən 10 iş günü müddətində baxılır və gömrük bəyannaməsində uyğunsuzluq aşkar edildikdə beş iş günü müddətində bu barədə xarici ticarət iştirakçısına qərar göndərilir. Tələb olunan sənəd və məlumatlar üzrlü səbəblər olmadan təqdim edilmədikdə əlaqəli məlumatlara əsasən gömrük orqanları Məcəllədə və gömrük işi üzrə digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada gömrük ödənişlərini hesablamaq və şəxsə bu barədə qərar göndərmək hüququna malikdir. Gömrük orqanının qərarında uyğunsuzluq barədə məlumatlar və barəsində kameral gömrük auditi aparılan şəxsin şikayət etmək hüququ göstərilməlidir.
Kameral gömrük auditinin nəticələrindən asılı olaraq plandankənar (növbədənkənar) səyyar gömrük auditi həyata keçirilə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAvtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı DƏYİŞİKLİK
Gömrükdən keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
CəmiyyətDiplomatların şəxsi baqajları gömrük baxışından azad olunacaq
Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azad olunacaq.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bakıda baş tutacaq Beynəlxalq Xalça Festivalı ilə əlaqədar İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
CəmiyyətXaçmazda tiktoker HƏBS OLUNDU
"TikTok" sosial şəbəkəsində təhqiredici ifadələr səsləndirən tiktoker məsuliyyətə cəlb olunub.