
Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, Mingəçevirdə baş tutan tədbirdə bir sıra rəsmi şəxslər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Mingəçevir şəhər icra başçısı İlham İsmayılov yarışın əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb:
"Hər birinizi salamlayıram. Bu gün möhtəşəm idman yarışının açılışına toplanmışıq. Yarışa qatılan bütün idmançılara təşəkkür edir, onlara uğurlar arzulayıram. Bu gün böyük idman tədbirinə şahidlik edirik. Ötən gün Sərsəng su anbarında yarışlar start götürdü və mətbuat vasitəsilə möhtəşəm çıxışlara şahidlik etdik. Əminəm ki, yarış həyəcanı sabah da eyni qaydada davam edəcək".
Ardınca Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov turnirin vacibliyini və idmanın cəmiyyət üçün önəmini qeyd edib:
"Yarışın vacibliyi böyükdür, idman sağlamlıqdır. İnanırıq ki, maraqlı mübarizələrə şahidlik edəcəyik. İnanırıq ki, bu gün Azərbaycanda yetişən idmançılar gələcəkdə ölkəmizin bayrağını ucalara qaldıracaqlar. Qoy güclülər qalib gəlsin".
Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev isə çıxışında bu cür turnirlərin yeni istedadların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ardınca tədbir bədii proqramla davam edib.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.
Xatırladaq ki, turnirə ötən gün Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Mançester Siti" daha bir futbolçusu ilə yollarını ayırır - FOTO
"Mançester Siti" mövsümün sonunda təcrübəli futbolçusu Con Stounzla yollarını ayıracağını rəsmən bəyan edib.
İdmanEmmanuel Makron PSJ - "Bavariya" matçının hesabını proqnozlaşdırdı
Fransa Prezidenti Emmanuel Makron UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək PSJ - "Bavariya" qarşılaşması barədə proqnozunu bölüşüb.
İdman"Real Madrid"in futbolçusu əməliyyat olundu - FOTO
Eder Militao, Real Madrid, İspaniya La Liqası, futbol, əməliyyat, braziliyalı müdafiəçi, reabilitasiya, idman xəbərləri.
İdmanZinəddin Zidanın oğlunun başına iş gəldi: Meydandan yarımçıq çıxdı
İspaniya çempionatının ikinci divizionunda baş tutan "Almeriya" ilə qarşılaşmada "Qranada"nın və Əlcəzair milli komandasının qapıçısı Luka Zidan ağır zədə alıb.