
Kanadada "Venger ofsaydı" qaydaları üzrə ilk qol vuruldu
İngiltərənin Arsenal klubunun keçmiş məşqçisi Arsen Venger tərəfindən təklif olunan yeni ofsayd qaydaları ilə vurulan ilk qol Kanada Premyer Liqasının matçında qeydə alınıb.
İngiltərənin Arsenal klubunun keçmiş məşqçisi Arsen Venger tərəfindən təklif olunan yeni ofsayd qaydaları ilə vurulan ilk qol Kanada Premyer Liqasının matçında qeydə alınıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, qolun müəllifi "Pasifik" klubunun hücumçusu Alexandro Dias olub.
O, "Halifaks Uonderers" ilə matçın 20-ci dəqiqəsində fərqlənib. Görüş 2:2 hesabı ilə başa çatıb.
Daha əvvəl bildirilmişdi ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qaydaların sınaqdan keçirilməsinə aşağıdakı dəyişikliklə başlamaq qərarına gəlib: əgər qol vurula bilən bədənin istənilən hissəsi sondan əvvəlki müdafiəçinin xəttində və ya ondan geridədirsə, oyunçu ofsaydda sayılmır.
Hazırda isə ötürmə anında hücum edən oyunçunun bədəninin qol vurmaq mümkün olan hər hansı hissəsi sondan əvvəlki müdafiəçidən rəqib qapısına daha yaxın olarsa, ofsayd qeydə alınır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Azərbaycan güləşçiləri günü iki bürünc medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub.
İdmanİtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandı
Milan Prokurorluğu fahişəlik və nəşələndirici qazla müşayiət olunan gecə əyləncələri təşkil etməkdə şübhəli bilinən şirkətlə bağlı araşdırmaya başlayıb.
İdmanAvropa çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazandı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanİsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.