
Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - DİREKTORDAN AÇIQLAMA - VİDEO
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Gundem.today İTV-yə istinadən xəbər verir ki, sözügedən məktəbin direktoru məsələ ilə bağlı açıqlama verib:
"Dünən, 20 aprel tarixində səhər saat 10 radələrində məktəbimizin 9E sinif şagirdinin atası məktəbə yaxınlaşaraq sözünün olduğunu bildirib. Doqquzuncu siniflərə nəzarət edən tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mustafayeva valideynlə görüşüb və onun şikayətini dinləyib. Valideyn bildirib ki, həftənin 5-ci günü, 17 apreldə övladı və sinif yoldaşı arasında mübahisə olub, onlar dalaşıblar. Bu barədə araşdırma aparılmasını, həmçinin şagirdlər arasında barışıq yaradılmasını xahiş edib. Direktor müavini valideynə bildirib ki, biz məşğul olacağıq. Valideyn evinə gedib və direktor müavini birbaşa qalxıb həmin 9E sinfinə. 9E sinfində də bu zaman sinif rəhbəri riyaziyyat dərsi keçirmiş və direktor müavini şagirdlərin adlarını çəkərək kim olduqlarını soruşub və sinifdən çıxarmaq üçün çağırıb. Elə bu anda ondan arxada əyləşən şagird evdən gətirdiyi termosu açaraq spirti digər şagirdin üzərinə tökərək ona xəsarət yetirib".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - VİDEO
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
HadisəƏrindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ
Abşeron rayonunda kişi üç uşaq anası olan sevgilisini döyüb.
HadisəAğsuda üç avtomobil toqquşan maşınlara ÇIRPILDI: Xəsarət alanın vəziyyəti açıqlandı
Ağsu rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
HadisəAğsuda üç avtomobil toqquşan maşınlara ÇIRPILDI: Xəsarət alanın vəziyyəti açıqlandı - VİDEO
Ağsu rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.