Son dəqiqə
Gürcü politoloqlar Azərbaycan Prezidentinin Tbilisiyə səfərini şərh ediblər - VİDEOMətləb Mütəllimli vəfat etdiYol hərəkətinin təşkilində nələr dəyişir? - VİDEOKİV: İsrail ABŞ ilə birlikdə İrana kütləvi zərbələr endirməyə hazırdırTramp jurnalist Taker Karlson haqqında: "Mən axmaqlarla yox, ağıllı insanlarla işləməyi üstün tuturam"Hakimin qərarına əsəbiləşib planşeti qırdı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Şou-biznes
  3. Kanye Uestin Böyük Britaniyaya girişi qadağan edildi
Kanye Uestin Böyük Britaniyaya girişi qadağan edildi
Şou-biznes

Kanye Uestin Böyük Britaniyaya girişi qadağan edildi

Bu gün
22:00
1 baxış
Paylaş:

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ABŞ-li repçi Kanye Uestin ölkəyə girişini qadağan edib.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ABŞ-li repçi Kanye Uestin ölkəyə girişini qadağan edib.

Gundem.today bildirir ki, bu barədə "BBC" yayım korporasiyası nazirliyin bəyanatına istinadən məlumat yayıb.

Kanye Uest bu yay Londonda keçiriləcək "Wireless" musiqi festivalında iştirak etməyə hazırlaşırdı. Lakin ona Böyük Britaniyaya giriş üçün icazə verilməyib. Ölkənin Daxili İşlər Nazirliyi hesab edib ki, onun ictimai çıxışları "cəmiyyətin rifahına" xidmət etməyəcək.

Daha əvvəl bildirilmişdi ki, dörd şirkət "Wireless" festivalına sponsorluq etməkdən imtina edib. Buna səbəb Kanye Uestin tədbirin hedlayneri (festivalın finalında çıxış edən əsas və ən məşhur iştirakçı) elan olunmasıdır. Festivalın iyul ayında Londonun Finsberi parkında keçirilməsi və repçinin ardıcıl üç gün ərzində çıxış etməsi planlaşdırılırdı. Uest sonuncu dəfə Böyük Britaniyada 2015-ci ildə Qlastonberi festivalında səhnəyə çıxıb.

Repçi son illərdə, xüsusilə nasizm və köləlik mövzularında səsləndirdiyi fikirlər, eləcə də bəzi hallarda nasist simvollarını nümayiş etdirməsi ilə tez-tez qalmaqallara səbəb olub. Belə ki, 2025-ci ilin may ayında yayımladığı mahnının nəqarət hissəsində nasist salamını xatırladan ifadə işlədib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer repçinin əvvəlki antisemit bəyanatlarını və nasizmi tərifləyən fikirlərini nəzərə alaraq, onun festivala dəvət olunmasını "böyük narahatlıq doğuran" hal kimi qiymətləndirib.

Sənətçi isə "Wireless" festivalı ətrafında yaranmış qalmaqallar fonunda Böyük Britaniya yəhudi icmasının nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib. Britaniya Yəhudilərinin Nümayəndələr Şurası isə cavab olaraq Uestlə görüşə maraqlı olduqlarını ifadə edib, lakin əvvəlcə onun festivalda çıxışdan imtina etməsinin vacibliyini vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Şou-biznes#Kanye_Uest#Böyük_Britaniya#Daxili_İşlər_Nazirliyi#Wireless_festivalı#repçi#ölkəyə_giriş_qadağası#London#musiqi_festivalı#Kir_Starmer.

Oxşar Xəbərlər

Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıbŞou-biznes

Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun məhkəmə prosesində ittiham tərəfini təmsil edən şahid ifadə verib. O, ifadəsində qeyd edib ki, bloqer ona Moskvadakı mənzilini saxta yolla peçenye qarşılığında satıb.

Bu gün
21:000
İbrahim Tatlıses xəstəxanaya yerləşdirildiŞou-biznes

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli müğənni İbrahim Tatlıses təcili xəstəxanaya yerləşdirilib.

Bu gün
15:520
ABŞ-li məşhur reper Floridada atışma zamanı yaralandı - VİDEOŞou-biznes

ABŞ-li məşhur reper Floridada atışma zamanı yaralandı - VİDEO

Məşhur ABŞ-li reper Ofset (əsl adı Kiari Kendrell Sifus) Florida ştatındakı bir kazinonun qarşısında baş verən atışmadan sonra xəstəxanaya yerləşdirilib.

Bu gün
11:241
Mustafa Ceceli, Bengü, Simge Sağ və İbrahim Çelikkolla bağlı SAXLANILMA QƏRARI verildiŞou-biznes

Mustafa Ceceli, Bengü, Simge Sağ və İbrahim Çelikkolla bağlı SAXLANILMA QƏRARI verildi

Türkiyədə İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tanınmış şəxslərin də daxil olduğu 9 şübhəli haqqında saxlanılma, axtarış və müsadirə qərarı verilib.

Bu gün
10:541