
Mətləb Mütəllimli vəfat etdi
Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib.
Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib.
Bu barədə Gundem.today-a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Qeyd edək ki, Mətləb Mütəllimli 1949-cu ildə Yardımlı rayonunda anadan olub. O, 1973-79-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
Mərhum sabah Xəzər rayonunun Binəqədi rayon qəbiristanlığında dəfn ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəMeyiti tapılan iki uşaq anası illərdir ağır xəstəlikdən əziyyət çəkirmiş - VİDEO
Biləsuvar rayonunda 41 yaşlı qadın meyiti tapılıb. Hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb. Xalidə Ağabəy qızı Rüstəmova yaşadığı evin həyətindəki tikilidə ölü halda aşkarlanıb.
HadisəÜç uşaq atası dəm qazından öldü - FOTO
Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə6 saylı cəzaçəkmə müəssisəsində YANĞIN
Bu gün saat 17:10-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.
Hadisəİki maşınla vurulan Təbriz: Sürücülərdən biri istintaqdan kənarda qalıb? - Anası narazıdır - FOTO - VİDEO
Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.