
Keçə sənəti və tarixi dəyərlər: Gənc rəssam Günel Hüseynova ilə FOTOREPORTAJ
Keçəçi rəssam və dizayner Günel Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini başa vurduqdan sonra magistr pilləsində oxuyub.
Keçəçi rəssam və dizayner Günel Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini başa vurduqdan sonra magistr pilləsində oxuyub.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, o, hələ uşaq yaşlarından dekorativ tətbiqi sənətin bəzi növləri ilə məsələn, toxuculuq, xalçaçılıq, muncuq işi və s. ilə məşğul olub.
Akademiyada oxuyarkən isə biliklərini daha da təkmilləşdirib və tətbiqi sənətin başqa növlərini də öyrənməyə fürsət tapıb.
Rəssam köklərinə bağlı olduğu üçün milli dəyərlərə önəm verdiyini, bu səbəbdən qədim sənət növlərinə maraq duyduğunu söyləyir. O, zamanla keçə sənəti ilə maraqlanaraq onun unudulmuş bir sənət olduğunu görüb və keçə sənəti ilə məşğul olmağa başlayıb.
Yaratdığı əsərlərdə milli motivlərdən aktiv istifadəyə üstünlük verən Günel Hüseynova daim müasirliklə tarixi motivləri özündə birləşdirən əsərlər yaratmağa çalışır.
Keçəçi rəssam və dizayner Günel Hüseynova ilə fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətBakıda yeni muzey yaradılacaq
Bakıda yeni salınmış park ərazisində Təbiət Tarixi Muzeyi yaradılacaq.
MədəniyyətXaricilərin dəbini formalaşdıran azərbaycanlı dizayner: "İtaliya xəyal qurmağı, Amerika döyüşməyi öyrətdi" - FOTO - VİDEO
Xaricdə yaşayan azərbaycanlı gənclərin uğurları son illər daha çox diqqət çəkir. ABŞ-də fəaliyyət göstərən gənc geyim dizayneri Leyla Rəşidli də bu sahədə fərqlənən adlardandır. O, həm yaradıcılığı, həm də beynəlxalq layihələrdə iştirakı ilə seçilir.
Mədəniyyət"Cahandar ağa"nın doğum günüdür - VİDEO
Bu gün Xalq artisti Ələddin Abbasovun doğum günüdür.
MədəniyyətXalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEO
Mayın 5-də Xalq artisti Adil İsgəndərovun doğum günü qeyd olunur.