
Kənddə qandonduran faciə: "Gizli silahlar var idi, dedilər, qaçın" - VİDEO
Bağanıs Ayrım faciəsindən 36 il keçir.
Bağanıs Ayrım faciəsindən 36 il keçir.
24 mart 1990-cı il bir kəndin tarixi yaddaşına qara hərflərlə yazılıb.
Martın 23-dən 24-nə keçən gecə bir ailənin 5 üzvü olmaqla, ümumilikdə 7 nəfər erməni silahlılarının hücumu nəticəsində diri-diri yandırılıb, evləri talan edilib.
Bağanıs Ayrım faciəsinin şahidi Tofiq Orucov Baku TV-yə yaşadıqları dəhşəti xatırlayaraq bu hadisənin onda dərin iz buraxdığını bildirib:
"Kəndi yandırmağa, atəşə tutmağa başladılar. Biz də qarşısını almağa çalışdıq. Polis əməkdaşları da bizə köməyə gəlirdi. Amma onlar çatana kimi ermənilər 7 sakinimizi yandırdılar".
Qeyd edək ki, Bağanıs Ayrıma hücum nəticəsində 7 nəfər öldürülüb, 2 nəfər yaralanıb. Kəndin işğalı nəticəsində əhali məcburi köçkün kimi Qazaxın müxtəlif yerlərində məskunlaşmağa məcbur qalıblar. Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində 2024-cü ildə bir güllə belə atılmadan Bağanıs Ayrım kəndi işğaldan azad edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.
CəmiyyətQəbir yerlərini pulsuz əldə edə bilərsiniz - Qanun nə deyir? - VİDEO
Heç kimə sirr deyil ki, Azərbaycanda qəbir yerləri baha qiymətə satılır. Bu gün pulsuz torpaqlara minlərlə manat qiymət qoyulub, ölənə yer tapmaq belə bazar məsələsinə çevrilib.
CəmiyyətBakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA
Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətMaşın almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
İndiyə qədər ölkədə lizinq şirkəti açmaq üçün sadəcə vergi qeydiyyatı kifayət edirdi. Bu isə o demək idi ki, kim istəsə lizinq fəaliyyəti ilə məşğul ola bilirdi, dövlət qurumlarına hesabat vermirdi və bəzi hallarda vətəndaş hüquqları pozulurdu.