Son dəqiqə
Zaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldıAzərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldılar - FOTOABŞ-də hantavirusla əlaqədar 3-cü səviyyəli fövqəladə vəziyyət elan edildiŞahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVAXanlar Vəliyevin qızına yeni vəzifə verildi"SALOGLU Mebel"də sonuncu fabrik kampaniyasının bitmə tarixi açıqlandı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Keti Perri Bakıya gəlir - FOTO - VİDEO
Keti Perri Bakıya gəlir - FOTO - VİDEO
İdman

Keti Perri Bakıya gəlir - FOTO - VİDEO

Dünən
12:11
0 baxış
Paylaş:

Dünyaşöhrətli Keti Perri bu il keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisində səhnə alacaq.

Dünyaşöhrətli Keti Perri bu il keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisində səhnə alacaq.

Gundem.today xəbər verir ki, "Formula-1" Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli atmosfer vəd edir.

Yubiley proqramının əsas hadisələrindən biri isə dünyaşöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi sentyabrın 25-də keçiriləcək xüsusi gecədə minlərlə "Formula-1" azarkeşinə unudulmaz şou təqdim edəcək.

Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. "Firework", "Roar" və "Dark Horse" kimi qlobal hitləri ilə yeddi "Diamond" sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.

Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək. İndi isə bu möhtəşəm siyahıya qlobal səhnənin ən tanınmış ifaçılarından biri - Keti Perri qoşulur. Beləliklə," Formula-1" Azərbaycan Qran-prisinin 10 illik yubileyi yalnız tras üzərindəki həyəcanla deyil, həm də Bakıda keçiriləcək möhtəşəm musiqi proqramı ilə yadda qalacaq. Keti Perrinin çıxışı isə yarış həftəsonuna minlərlə azarkeş üçün unudulmaz atmosfer, emosiyalar və festival ruhu qatacaq.

Yarış həftəsonuna 4 günlük bilet sahibləri yüksəksürətli trek yarışlarını və möhtəşəm konsert proqramlarını izləmək üçün eksklüziv imkan qazanacaqlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Katy_Perry#Formula-1#Bakı_Qran_Prisi#Azərbaycan_Qran_Prisi_2026#F1_konsert#Calvin_Harris#Qatar_Airways#yubiley_yarışı#Bakı_konserti#avtoidman_biletləri.

Oxşar Xəbərlər

"Çelsi"nin ulduzu Kol Palmer digər İngiltərə nəhənginə keçmək istəyirİdman

"Çelsi"nin ulduzu Kol Palmer digər İngiltərə nəhənginə keçmək istəyir

"Çelsi" klubunun ulduz yarımmüdafiəçisi Kol Palmer karyerasını "Mançester Yunayted"də davam etdirmək ehtimalını nəzərdən keçirməyə hazırdır.

Bu gün
11:240
Kriştianu Ronaldu tarix yazmaqda davam edirİdman

Kriştianu Ronaldu tarix yazmaqda davam edir

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 33-cü turu çərçivəsində "Əş-Şəbab"a qarşı keçirilən və 4:2 hesabı ilə yekunlaşan matçda növbəti dəfə fərqlənib. O, görüşün 75-ci dəqiqəsində Sadio Manenin məhsuldar ötürməsini qola çevirərək komandasının qələbəsinə öz töhfəsini verib.

Bu gün
10:080
Dünya çempionatına 34 gün qaldı: ALMANİYA - "Bundestim" - VİDEOİdman

Dünya çempionatına 34 gün qaldı: ALMANİYA - "Bundestim" - VİDEO

Almaniya milli komandası futbol dünyasının ən uğurlu və köklü komandalarından biridir. Kanada, Meksika və Amerika Birləşmiş Ştatlarının ortaq ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı Almaniya milli komandasının ardıcıl 19-cu, ümumilikdə isə 21-ci turniri olacaq.

Bu gün
09:000
Misli Premyer Liqası: Çempion "Kəpəz"ə qarşıİdman

Misli Premyer Liqası: Çempion "Kəpəz"ə qarşı

Misli Premyer Liqasında XXXI tura start verilir.

Bu gün
08:000