Son dəqiqə
Yaxın Şərqin son 24 saatı: Dəhşətli savaş, yoxsa danışıqlar? - VİDEOBakının mərkəzində kanalizasiya lükünün ətrafında ÇÖKMƏ - VİDEOABŞ və İsrail qüvvələri İranın Cənubi Pars neft və qaz yatağına zərbələr endirdiMontellanın milliyə çağırdığı 19 yaşlı istedad "Fənərbağça"nın hədəfində - FOTOAzər Maqsudov amnistiyaya düşdüNATO-nun gələcəyi təhlükədədir? - ABŞ-dən gələn mesaj Avropanı təşvişə saldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Kimlərin MAAŞI ARTACAQ? - Əmək Məcəlləsində yeni qayda - FOTO
Kimlərin MAAŞI ARTACAQ? - Əmək Məcəlləsində yeni qayda - FOTO
İqtisadiyyat

Kimlərin MAAŞI ARTACAQ? - Əmək Məcəlləsində yeni qayda - FOTO

Bu gün
15:52
0 baxış
Paylaş:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Gundem.today xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımda bildirib:

"Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdə tutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyənləşir.

Eyni zamanda məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti və funksiyasının xarakteri, qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən olunması nəzərdə tutulur".

Deputat qeyd edib ki, yeni dəyişiklik qadınlar ilə kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır.

"Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir.

Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəzifələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əmək haqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq", - deyə Vüqar Bayramov bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Vüqar_Bayramov#Maaş#Əməkhaqqı

Oxşar Xəbərlər

Azərbaycanda ASC-lərdən birinin nizamnamə kapitalı altı dəfə AZALDILDIİqtisadiyyat

Azərbaycanda ASC-lərdən birinin nizamnamə kapitalı altı dəfə AZALDILDI

"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı azaldılıb.

Bu gün
16:400
3 ayda dövlət büdcəsindən 68.5 milyon manat geri qaytarılıbİqtisadiyyat

3 ayda dövlət büdcəsindən 68.5 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-mart ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 68 milyon 508.8 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu gün
16:280
SOCAR ilin ilk iki ayında 27.4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edibİqtisadiyyat

SOCAR ilin ilk iki ayında 27.4 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27.4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

Bu gün
15:230
Büdcədə profisit, üstəgəl neftin qiyməti: Maaş və pensiyalar artacaqmı?İqtisadiyyat

Büdcədə profisit, üstəgəl neftin qiyməti: Maaş və pensiyalar artacaqmı?

Pərviz Heydərov yazır...

Bu gün
13:420