
İran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİ
İranın idman naziri Əhməd Dünyamalı İran milli komandasının hansı halda futbol üzrə dünya çempionatına yollanacağını açıqlayıb.
İranın idman naziri Əhməd Dünyamalı İran milli komandasının hansı halda futbol üzrə dünya çempionatına yollanacağını açıqlayıb.
Gundem.today-ın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, milli komanda yalnız futbolçuların təhlükəsizliyi tam təmin olunduğu halda dünya çempionatına yollanacaq.
"ABŞ-də milli komanda oyunçularının təhlükəsizliyinə zəmanət verilərsə, biz dünya çempionatında iştirak edəcəyik. Lakin bu barədə yekun qərarı hökumət və Ali Milli Təhlükəsizlik Şurası qəbul edəcək", - deyə Ə.Dünyamalı diqqətə çatdırıb.
Xatırladaq ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq. Bir müddət əvvəl Yaxın Şərqdə gərginliyin artması və ABŞ-nin bu münaqişəyə cəlb olunması səbəbindən İran millisinin turnirdən imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı. Sonradan isə İran tərəfinin matçların ABŞ-dən Meksikaya keçirilməsi ehtimalını FIFA ilə müzakirə etdiyi aydınlaşıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Kəpəz"dən gələcəyə yatırım: İki gənc istedadla peşəkar müqavilə imzalandı
"Kəpəz" akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılovla peşəkar müqavilə imzalanıb.
İdmanBakı yenidən UFC həyəcanına ev sahibliyi edəcək: Yeni müqavilə imzalandı - FOTO
UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.
İdman"Qarabağ" intizamı pozan Elvin Cəfərquliyevi satışa çıxarıb? - AÇIQLAMA
Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı qərar verilib.
İdmanİtaliyada "Formula-1" pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADI
İtaliya vergi orqanları "Formula-1" pilotları və komandalarına qarşı ciddi araşdırmaya başlayıb.