Son dəqiqə
Tarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Kişi ondan borcunu istəyən sevgilisini döydü: "Məni təhqir etdi"
Kişi ondan borcunu istəyən sevgilisini döydü: "Məni təhqir etdi"
Kriminal

Kişi ondan borcunu istəyən sevgilisini döydü: "Məni təhqir etdi"

15 aprel 2026
09:08
0 baxış
Paylaş:

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

İttihama görə, hadisə 10 iyul 2025-ci il tarixdə gecəyarısı paytaxtın Nəsimi rayonunda, küçədə baş verib. Təqsirləndirilən şəxs tanışı, zərərçəkmiş Ülkər Nağızadənin (adı, soyadı şərtidir) ondan borc pulunu qaytarmağı tələb etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib.

Araşdırmalarla müəyyən edilib ki, Pənah Məlikov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Ülkəri təhqir edib, onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq yüngül xəsarətlər yetirib.

Məhkəmə istintaqı zamanı Pənah Məlikov ifadəsində bildirib ki, zərərçəkmiş şəxslə 2024-cü ildən tanış olub və aralarında müəyyən müddət sevgi münasibətləri mövcud olub. Onun sözlərinə görə, Ülkərə 1 200 manat borcu olub və bu məbləği hissə-hissə ödəyirmiş.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ülkərlə əvvəlcə iaşə obyektində qarşılaşıb, daha sonra isə mübahisəni davam etdirmək üçün çölə çıxıblar. Onun dediyinə görə, zərərçəkmiş şəxs onu təhqir etdiyindən əsəblərini cilovlaya bilməyərək əvvəlcə əl ilə başına, daha sonra isə ayaq nahiyəsinə zərbə vurub.

Pənah törətdiyi əməli etiraf etdiyini bildirərək, barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Cinayət_Məcəlləsi#İctimai_asayişin_pozulması_(Xuliqanlıq)#Amnistiya_(əfv_fərmanı)#Nalayiq_ifadələr

Oxşar Xəbərlər

Şirvanda narkotik satan 5 nəfər TUTULDUKriminal

Şirvanda narkotik satan 5 nəfər TUTULDU

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb.

Bu gün
12:140
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALARKriminal

14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR

"Atlant" istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adının çəkildiyi səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub.

Bu gün
02:000
Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDUKriminal

Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU

Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəylini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı Rihat Cəfərova hökm oxunub.

Bu gün
21:480
Polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDUKriminal

Polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU

Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəylini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı Rihat Cəfərova hökm oxunub.

Bu gün
21:480