Son dəqiqə
DGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcəkTürkiyədə məktəblərə hücumla bağlı 400-dən çox şəxs saxlanılıbAntalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edibSəid Xətibzadə: "İran heç bir müvəqqəti sülh razılaşmasını qəbul etmir"İran Hörmüz boğazını açdıOrban məğlubiyyətindən danışdı: "Ağrı və boşluq hiss edirəm"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Kişi ondan borcunu tələb edən sevgilisini döydü: "Məni təhqir etdi"
Kişi ondan borcunu tələb edən sevgilisini döydü: "Məni təhqir etdi"
Kriminal

Kişi ondan borcunu tələb edən sevgilisini döydü: "Məni təhqir etdi"

15 aprel 2026
09:08
0 baxış
Paylaş:

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

İttihama görə, hadisə 10 iyul 2025-ci il tarixdə gecəyarısı paytaxtın Nəsimi rayonunda, küçədə baş verib. Təqsirləndirilən şəxs tanışı, zərərçəkmiş Ülkər Nağızadənin (adı, soyadı şərtidir) ondan borc pulunu qaytarmağı tələb etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib.

Araşdırmalarla müəyyən edilib ki, Pənah Məlikov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Ülkəri təhqir edib, onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq yüngül xəsarətlər yetirib.

Məhkəmə istintaqı zamanı Pənah Məlikov ifadəsində bildirib ki, zərərçəkmiş şəxslə 2024-cü ildən tanış olub və aralarında müəyyən müddət sevgi münasibətləri mövcud olub. Onun sözlərinə görə, Ülkərə 1 200 manat borcu olub və bu məbləği hissə-hissə ödəyirmiş.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ülkərlə əvvəlcə iaşə obyektində qarşılaşıb, daha sonra isə mübahisəni davam etdirmək üçün çölə çıxıblar. Onun dediyinə görə, zərərçəkmiş şəxs onu təhqir etdiyindən əsəblərini cilovlaya bilməyərək əvvəlcə əl ilə başına, daha sonra isə ayaq nahiyəsinə zərbə vurub.

Pənah törətdiyi əməli etiraf etdiyini bildirərək, barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Cinayət_Məcəlləsi#İctimai_asayişin_pozulması_(Xuliqanlıq)#Amnistiya_(əfv_fərmanı)#Nalayiq_ifadələr

Oxşar Xəbərlər

Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDUKriminal

Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU

Qaradağ rayonu ərazisində yerləşən stasionar postda VAZ markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün
15:260
Anar Əsədlinin cinayət işi üzrə məhkəmə: "Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı"Kriminal

Anar Əsədlinin cinayət işi üzrə məhkəmə: "Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
14:300
Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADIKriminal

Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADI

Qusarda həyat yoldaşından ayrılan kişi məsciddə keçmiş qayınatasını bıçaqlayıb.

Bu gün
14:060
İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?Kriminal

İcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.

Bu gün
13:100