
KİV: Corcia Meloni Azərbaycana səfər edəcək
İtaliyanın Baş naziri Corcia Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri gözlənilir.
İtaliyanın Baş naziri Corcia Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri gözlənilir.
Gundem.today "Euronews"a istinadən xəbər verir ki, səfərin məqsədi siyasi dialoqun gücləndirilməsi və enerji tərəfdaşlığının genişləndirilməsidir.
Məlumata görə, may-iyun aylarında baş tutması gözlənilən səfər - davam edən siyasi və iqtisadi əməkdaşlıq çərçivə sazişinin bir hissəsidir.
Qeyd olunub ki, enerji sahəsi Roma ilə Bakı arasında münasibətlərin əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycan təbii qazı İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə ixrac edir. Bu boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir və Xəzər regionunu Avropa ilə birləşdirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətDünyada güc balansı yenidən yazılır - Antalyada hansı mesajlar verildi? - VİDEO
Antalya Diplomatiya Forumu bu il "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" şüarı ilə qlobal diplomatiyanın əsas müzakirə platformalarından birinə çevrildi.
SiyasətQərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? - VİDEO
Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
SiyasətAzərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdi
Niderland və Belçika parlamentlərinin aşağı palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Özü də eyni gündə. Məsələn, aprelin 16-da Niderland parlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin Nümayəndələr Palatası deputat
Siyasət2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
"Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək".