
Azərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdi
Niderland və Belçika parlamentlərinin aşağı palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Özü də eyni gündə. Məsələn, aprelin 16-da Niderland parlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin Nümayəndələr Palatası deputat
Niderland və Belçika parlamentlərinin aşağı palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Özü də eyni gündə. Məsələn, aprelin 16-da Niderland parlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin Nümayəndələr Palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə, həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.
Doğrudur, bəzi Qərb ölkələrinin bu cür qərəzli mövqe sərgiləməsi ilk dəfə deyil və Azərbaycanda heç kimi belə xəbərlərlə təəcübləndirmək olmaz. Lakin diqqət çəkən məqam odur ki, bu dəfə hər iki Avropa ölkəsinin parlamentində "erməni sevgisi" sinxron şəkildə baş qaldırıb. Təbii ki, bu, yazın gəlişi ilə də bağlı deyil.
Son dövrlərdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin sürətlənməsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində real danışıqların aparılması, həmçinin regionda uzunmüddətli sülh müqaviləsinin imzalanmasına dair siyasi iradənin formalaşması Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir.
Sülh gündəliyində əksini tapmayan tələblərin dövriyyəyə buraxılması isə prosesə əngəl olmağa, regionda formalaşan həssas balansı pozmağa hesablanıb. Bəzi Avropa ölkələrinin atdığı addımlar regionda sabitliyin möhkəmləndirilməsinə xidmət etmək əvəzinə, dolayısı ilə etimad mühitini zəiflədən və tərəflər arasında mövcud konsensusun pozulması riskini artıran faktor kimi çıxış edir.
Nəticə etibarilə, belə təşəbbüslər sülh prosesini beynəlxalq siyasi rəqabət müstəvisinə çəkmək cəhdi kimi dəyərləndirilir və bu da Cənubi Qafqazda davamlı sabitlik perspektivləri baxımından arzuolunmaz bir dinamika yaradır.
Azərbaycan əleyhinə birtərəfli və qərəzli qətnamələrin qəbul edilməsi artıq təkcə daxili siyasi debatın elementi deyil, daha geniş geosiyasi rəqabətin və informasiya mübarizəsinin tərkib hissəsidir. Xüsusilə Avropa dəyərlərini və balanslı yanaşmanı təmsil etməli olan iki ölkə parlamentində bu cür selektiv və mübahisəli sənədlərin dəstəklənməsi, artıq təkcə hüquqi və ya humanitar deyil, açıq şəkildə siyasi motivlərin üstünlük təşkil etdiyini göstərir.
Eyni zamanda bəzi Avropa dövlətləri və siyasi institutları tərəfindən son illərdə humanitar mövzuların, xüsusilə "əsir məsələləri" və "insan hüquqları" gündəminin süni şəkildə qabardılması, uzun illər davam etmiş münaqişə dövründə sərgilənmiş ümumi siyasi passivlik və qeyri-bərabər yanaşma ilə açıq ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı mərhələsində yüzminlərlə azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsi, separatçılar tərəfindən Azərbaycanın tarixi torpaqlarında şəhər və kəndlərin sistemli şəkildə dağıdılması, infrastrukturun məhv edilməsi, iqtisadi və sosial həyatın tamamilə iflic vəziyyətə salınması, eləcə də bölgəyə məxsus tarixi-mədəni irs nümunələrinin ciddi şəkildə zərərə məruz qalması kimi faktlar beynəlxalq siyasi gündəmdə davamlı və adekvat reaksiyalarla qarşılanmayıb. Buna görə də 30 il ağzına su alıb susan dövlətlərin birdən-birə müəyyən mövzularla ön plana çıxması obyektivlik və demokratiya prinsipindən uzaqdır və siyasi kontekstə əsaslanan yanaşmadır.
Niderland və Belçika parlamentlərində Azərbaycana qarşı qərəz ilk dəfə müşahidə edilmir. Belə təşəbbüslər dəfələrlə olub və artıq sistemli xarakter alıb. Bu tendensiya həmin ölkələrin siyasi dairələrində məsələlərə balanslı və hüquqa əsaslanan yanaşmadan daha çox selektiv mövqenin, bir çox hallarda isə ermənipərəst təsirin gücləndiyini göstərir.
Halbuki beynəlxalq hüquq çərçivəsində həm Niderland, həm də Belçika Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizin suverenliyini şübhə altına almır. Bu baxımdan, əsas ziddiyyət ondan ibarətdir ki, rəsmi səviyyədə suverenlik və ərazi bütövlüyü tanındığı halda, Azərbaycan ərazisində baş verən proseslərə dair siyasi ritorikada fərqli və seçici yanaşmalar ortaya çıxır.
Beynəlxalq hüquq prinsiplərinə müraciət etsək, ölkə ərazisində baş verən hadisələr (söhbət terror, separatçılıq, qanunsuz silahlı fəaliyyət və s. gedir) bu ölkənin qanunvericiliyi və məhkəmə sistemi çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan da hazırda bu hüququndan istifadə edir. Bu, hər bir suveren dövlətin beynəlxalq hüquqla tanınan təbii hüququdur və "daxili işlərə qarışmamaq" prinsipi də məhz bu balansı qorumaq üçün mövcuddur.
Azərbaycan məhkəməsi ölkəni müharibə girdabına sürükləmiş, minlərlə dinc insanın qətlinə əmr vermiş və bunu açıq şəkildə etiraf etmiş şəxsləri cəzalandırıb. Eyni hal ki, Niderland və Belçikada yaşansaydı, təbii ki, həmin cinayətləri törədən insanlar bu ölkələrdə "əsir" adlandırılardımı? Ona görə də hər iki ölkənin belə hallara münasibətdə fərqli standartların tətbiqi obyektiv hüquqi yanaşma ilə uyğun gəlmir.
İş
Oxşar Xəbərlər
SiyasətKİV: Corcia Meloni Azərbaycana səfər edəcək
İtaliyanın Baş naziri Corcia Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri gözlənilir.
Siyasət2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
"Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək".
SiyasətCeyhun Bayramov: "Yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər"
"Biz hesab edirik ki, yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər".
SiyasətAntalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.