
KİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilər
İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.
İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.
Gundem.today xəbər verir ki, bu barədə "Politico" Avropa İttifaqı (Aİ) rəsmisinin sözlərinə istinadən məlumat yayıb. Livana hücumları şərh edən digər bir Aİ rəsmisi bu vəziyyətin gözlənilən olduğunu bildirib. Onlar bildiriblər ki, Brüssel beynəlxalq tərəfdaşlarla birlikdə Livan məsələsində daha fəal mövqe sərgiləməli və danışıqların bərpasına nail olmalıdır.
"Görünür, Livana kifayət qədər diqqət yetirilmir, bu məsələdə müəyyən bir laqeydlik var", - deyə "Politico" rəsmilərin sözlərindən sitat gətirib.
Xatırladaq ki, aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin böyük əksəriyyətini həll ediblər və Vaşinqton Tehranın 10 bəndlik təklifini gələcək danışıqlar üçün "işçi əsas" kimi qəbul edir. Tərəflər arasında vasitəçi qismində çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif onları aprelin 10-da danışıqlara dəvət edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaZelenski Putinlə görüşə hazırdır - ABŞ, Yaxın Şərq, yoxsa Avropada?
Ukrayna dövlət başçısı Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşünün ABŞ-də, yaxud Yaxın Şərq regionunda təşkil oluna biləcəyini ehtimal edir.
Dünyaİran XİN: "ABŞ Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir"
"Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir".
Dünyaİspaniya Tehrandakı səfirliyini bərpa edir - Nazir AÇIQLADI
"İspaniya Tehranda yenidən səfirlik açacaq".
DünyaABŞ-İran danışıqları səbəbindən Pakistanın iki şəhərində əhali istirahətə göndərildi
Pakistan hakimiyyəti ABŞ və İran arasında gözlənilən danışıqların təhlükəsizliyinin təmin olunması üçün İslamabad və Ravalpindi şəhərlərində əlavə qeyri-iş günləri elan edib.