
KİV: NATO nümayəndələri kino xadimləri ilə gizli görüşlər keçiriblər
NATO nümayəndələrinin rejissorlar, ssenaristlər və prodüserlərlə keçirdiyi qapalı görüşlərin məqsədləri məlum olub.
NATO nümayəndələrinin rejissorlar, ssenaristlər və prodüserlərlə keçirdiyi qapalı görüşlərin məqsədləri məlum olub.
Gundem.today xəbər verir ki, bu barədə "The Guardian" qəzeti mənbələrə istinadən yazıb.
Məlumata görə, Brüssel, Los-Anceles və Parisdə artıq üç görüş keçirilib. Növbəti ay Böyük Britaniya Ssenaristlər Gildiyası ilə də görüş planlaşdırılır. Bildirilir ki, bu toplantılarda iştirak edən şəxslərin adlarını məxfi saxlanılır.
Bəzi ssenaristlər bu təşəbbüsü tənqid ediblər. "Kristi" filminin ssenari müəllifi Alan O'Qorman planlaşdırılan görüşü "qəbuledilməz" və "açıq təbliğat" adlandırıb.
O bildirib ki, NATO-ya daxil olmayan ölkələrdə yaşayan və alyansın iştirak etdiyi müharibələrdən zərər çəkən insanların çox olduğunu nəzərə almaq lazımdır.
Nəşrin məlumatına görə, artıq üç layihə hazırlanma mərhələsindədir və onların əsas məqsədi NATO-nun "aqressiv obrazını yumşaltmaq", alyans daxilində münasibətləri isə dostluq və əməkdaşlıq kimi təqdim etməkdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBritaniyada İran müharibəsi səbəbindən aviaşirkətlərə güzəştlər edildi
Birləşmiş Krallıq hakimiyyəti İranda müharibə səbəbindən aviasiya yanacağının mümkün qıtlığı fonunda aviaşirkətlər üçün güzəştlər tətbiq edib.
DünyaYaponiyada ayı itlə gəzən qadına hücum edib
Yaponiyanın qərbində yerləşən Toyama şəhərində ayı itlə gəzən 40 yaşlı qadına hücum edib.
DünyaÇində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb
Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb.
DünyaFinlandiya prezidenti və xanımı "dəmir barmaqlılar arxasında" qaldılar
Finlandiya Prezidenti Aleksandr Stubb dövlət başçısının azadlığının məhdudlaşdırılması ilə bağlı etdiyi zarafata görə qeyri-adi vəziyyətə düşüb.