
KİV: Pentaqonun rəhbəri paranoyaya qapılıb
ABŞ Hərb Nazirliyinin (Pentaqon) rəhbəri Pit Heqset Prezident Donald Trampın onu işdən çıxara biləcəyindən ehtiyat edərək paranoyaya qapılıb.
ABŞ Hərb Nazirliyinin (Pentaqon) rəhbəri Pit Heqset Prezident Donald Trampın onu işdən çıxara biləcəyindən ehtiyat edərək paranoyaya qapılıb.
Gundem.today xəbər verir ki, bu barədə "The Guardian" nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Heqset getdikcə Pentaqonun məmur aparatından uzaqlaşır və yalnız yaxın çevrəsi ilə işləyir. O, tədbirlərə tez-tez həyat yoldaşı Cenniferlə qatılır.
Onun yaxın çevrəsinə qardaşı Fil (baş müşavir təyin olunub), vəkil Tim Parlator və keçmiş dəniz piyadası Riki Byuriya daxildir.
Qeyd edək ki, aprelin 29-da Pentaqonun maliyyə departamentinin müvəqqəti rəhbəri Culs Herst ABŞ-nin İrana qarşı əməliyyata çəkdiyi xərclərin hazırda 25 milyard dollar olduğunu bildirib.
Bundan əvvəl "Iran War Cost Tracker" portalı ABŞ-nin İrana qarşı hərbi əməliyyatının ümumi dəyərinin 65 milyard dolları keçdiyini açıqlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İranın yeni təklifini qəbuledilməz adlandırdı
ABŞ Prezidenti Donald Tramp Tehranın münaqişənin nizamlanmasına dair yeni təklifini qəbuledilməz hesab etdiyini bildirib.
Dünyaİran Hörmüz boğazı ilə bağlı qonşu ölkələrlə əməkdaşlıq edəcək
"Tehran Hörmüz boğazı ilə bağlı addımlarını qonşu və sahilyanı ölkələrlə razılaşdırmağı planlaşdırır".
DünyaKimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı
"Formula-1" üzrə dünya çempionatının Mayami Qran-prisinin qalibi müəyyənləşib.
DünyaAmerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"
ABŞ-nin maliyyə naziri Skott Bessent İranın neft anbarlarının sürətlə dolması səbəbindən yaxın vaxtlarda hasilat quyularını bağlamağa başlaya biləcəyini bildirib.