
Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"
ABŞ-nin maliyyə naziri Skott Bessent İranın neft anbarlarının sürətlə dolması səbəbindən yaxın vaxtlarda hasilat quyularını bağlamağa başlaya biləcəyini bildirib.
ABŞ-nin maliyyə naziri Skott Bessent İranın neft anbarlarının sürətlə dolması səbəbindən yaxın vaxtlarda hasilat quyularını bağlamağa başlaya biləcəyini bildirib.
Gundem.today xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.
"Bu, bizim fikrimizcə, artıq gələn həftədən başlaya bilər", - nazir deyib.
Onun sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda İran sürətlə anbarlarını doldurur və bu proses davam etdikcə quyuların konservasiyası qaçılmaz olacaq.
S.Bessent, həmçinin qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başa çatdıqdan sonra neft qiymətləri əvvəlkindən daha aşağı olacaq. Onun sözlərinə görə, bu, həm də Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmaq qərarı ilə bağlıdır.
Qeyd edək ki, ABŞ aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq edib və ölkənin limanlarına yönələn, həmçinin sahillərindən çıxmağa çalışan gəmilərin hərəkətini məhdudlaşdırdığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, blokada davam edərsə, İranın neft infrastrukturu ciddi risk altına düşə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran Hörmüz boğazı ilə bağlı qonşu ölkələrlə əməkdaşlıq edəcək
"Tehran Hörmüz boğazı ilə bağlı addımlarını qonşu və sahilyanı ölkələrlə razılaşdırmağı planlaşdırır".
DünyaKimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı
"Formula-1" üzrə dünya çempionatının Mayami Qran-prisinin qalibi müəyyənləşib.
DünyaKİV: Pentaqonun rəhbəri paranoyaya qapılıb
ABŞ Hərb Nazirliyinin (Pentaqon) rəhbəri Pit Heqset Prezident Donald Trampın onu işdən çıxara biləcəyindən ehtiyat edərək paranoyaya qapılıb.
DünyaƏraqçı: "ABŞ İranın 14 maddəlik planına cavab verib"
"ABŞ İranın münaqişənin nizamlanmasına dair təqdim etdiyi 14 maddəlik plana Pakistan vasitəsilə cavab göndərib və Tehran hazırda bu cavabı araşdırır".