
KİV: Pezeşkian SEPAH-ı "məsuliyyətsiz" adlandırdı və Xamenei ilə təcili görüş istədi - FOTO
İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları "tamamilə məsuliyyətsiz" adlandırıb. İslam Respublikasının prezidenti bu hərəkətlərin ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirildiyini diqqətə çatdırıb.
İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları "tamamilə məsuliyyətsiz" adlandırıb. İslam Respublikasının prezidenti bu hərəkətlərin ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirildiyini diqqətə çatdırıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, Pezeşkian region ölkələri ilə gərginliyin artması halında "potensial olaraq geridönüşü olmayan nəticələr" barədə xəbərdarlıq edib.
İkinci müharibə riski səbəbindən İran prezidenti SEPAH-ın Fars körfəzi dövlətlərinə hücumlarına dərhal son qoymaq və eskalasiyanın davam etməsinin qarşısını almaq üçün ali lider Müctəba Xamenei ilə təcili görüş istəyib.
"Pezeşkian mümkün beynəlxalq reaksiyadan dərin narahatlıq keçirir və hesab edir ki, ölkə daha bir tammiqyaslı müharibəyə tab gətirə bilməz", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSEPAH rəsmisi: "ABŞ Hörmüz boğazı ilə bağlı hədəflərinə çata bilməyib"
"ABŞ İrana qarşı apardığı 40 günlük müharibə və ondan sonrakı dövrdə bütün resurslarını cəlb etsə də, Hörmüz boğazı məsələsində öz hədəflərinə nail ola bilməyib."
Dünyaİndoneziya İran tankerləri ilə bağlı qərarını açıqladı
"İndoneziya hakimiyyəti İranın ABŞ tərəfindən dəniz blokadasına alınması fonunda İslam Respublikasına aid tankerlərinin öz ərazi sularından keçməsinə mane olmaq niyyətində deyil. Çünki əks halda bu, beynəlxalq dəniz qanunvericiliyinin pozulması olacaq".
DünyaAzərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı PUA istehsal edəcək - FOTO
Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.
DünyaQlobal neft ehtiyatları son səkkiz ilin minimumuna yaxınlaşır
Dünya üzrə neft ehtiyatları son səkkiz ilin ən minimal göstəricilərinə doğru enir. Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərin məhdudlaşması fonunda bu azalma sürəti mütəxəssislərdə ciddi narahatlıq yaradır.