
Qlobal neft ehtiyatları son səkkiz ilin minimumuna yaxınlaşır
Dünya üzrə neft ehtiyatları son səkkiz ilin ən minimal göstəricilərinə doğru enir. Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərin məhdudlaşması fonunda bu azalma sürəti mütəxəssislərdə ciddi narahatlıq yaradır.
Dünya üzrə neft ehtiyatları son səkkiz ilin ən minimal göstəricilərinə doğru enir. Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərin məhdudlaşması fonunda bu azalma sürəti mütəxəssislərdə ciddi narahatlıq yaradır.
Gundem.today-ın xəbərinə əsasən, bu barədə proqnozlar dünyanın aparıcı investisiya banklarından sayılan "Goldman Sachs" tərəfindən irəli sürülüb.
Bankın təhlillərinə əsasən, dünyadakı neft anbarlarındakı mövcud ehtiyatlar cəmi 101 günlük tələbatı ödəmək gücündədir və mayın sonuna qədər bu göstəricinin 98 günə düşməsi ehtimal edilir. "Goldman Sachs" bildirib ki, ümumi neft ehtiyatlarının "bu yay ən aşağı əməliyyat hədlərinə qədər geriləməsi ehtimalı yüksək olmasa da, müəyyən regionlarda və spesifik məhsullarda tükənmə və tədarük zəncirinin qırılması sürəti təşviş doğurur". İnvestisiya bankının mütəxəssisləri qeyd edirlər ki, ABŞ və İsrailin İrana qarşı ehtimal olunan hərbi əməliyyatlarından öncəki 50 günlük istehlak həcmi hazırda 45 günə qədər geriləyib. Həmçinin vurğulanıb ki, asanlıqla əldə oluna bilən neft məhsullarının ehtiyat bazası çox sürətlə kritik aşağı həddə yaxınlaşmaqdadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyə URAN haubitsasını "SAHA 2026"da ilk dəfə təqdim etdi
Türkiyənin yeni istehsalı olan 105 mm-lik URAN özüyeriyən haubitsası ilk dəfə "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi nümayiş etdirilib.
Dünyaİspaniya Hörmüzdə gözlənilən hərbi əməliyyatlara qatılmaqdan imtina etdi
"Rəsmi Madrid Hörmüz boğazında həyata keçiriləcək hər hansı hərbi əməliyyata qoşulmaq ehtimalını aradan qaldırıb".
DünyaTramp ABŞ və İran münaqişəsinin bitəcəyi vaxtı açıqladı
"Vaşinqtonla Tehran arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün təqribən iki-üç həftə vaxt lazım olacaq".
Dünyaİlon Maskın ailə fondu "X"ə görə təzminat ödəyəcək
İlon Maskın ailə fondu 2022-ci ildə "Twitter" (indiki "X" sosial şəbəkəsi - red.) səhmlərinin alışı barədə məlumatı vaxtında bəyan etmədiyinə görə ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 1,5 milyon dollar məbləğində təzminat ödəyəcək.