Son dəqiqə
Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıbElçin Əmirbəyov sülh prosesinin gələcəyi və "Qazan-qazan" prinsipi barədə danışıbGözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku - FOTOXırdalanda qətl hadisəsi olubLatın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJMehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. KİV: Səudiyyə Ərəbistanı ABŞ-yə təzyiq göstərir
KİV: Səudiyyə Ərəbistanı ABŞ-yə təzyiq göstərir
Dünya

KİV: Səudiyyə Ərəbistanı ABŞ-yə təzyiq göstərir

14 aprel 2026
13:32
0 baxış
Paylaş:

Səudiyyə Ərəbistanı Hörmüz boğazındakı blokadanın aradan qaldırılması və danışıqlar masasına qayıdılması tələbi ilə ABŞ-yə təzyiq göstərir.

Səudiyyə Ərəbistanı Hörmüz boğazındakı blokadanın aradan qaldırılması və danışıqlar masasına qayıdılması tələbi ilə ABŞ-yə təzyiq göstərir.

Gundem.today-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri xəbər yayıb.

Mənbənin dövlət rəsmilərinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın boğazın bağlanması ilə bağlı qərarının İranla münaqişəni kəskinləşdirəcəyindən və digər əhəmiyyətli dəniz yollarının fəaliyyətini pozacağından ehtiyat edir. Bundan əlavə, Ər-Riyad xəbərdarlıq edib ki, İran cavab tədbiri olaraq Qırmızı dənizdə yerləşən və krallığın qalan neft ixracı üçün həlledici əhəmiyyətə malik olan Bab-əl-Məndəb boğazını bağlaya bilər.

Qeyd edək ki, İran limanlarının blokadası, D.Trampın bombardman təhdidləri və başa çatmış danışıqların Tehranı Hörmüz boğazı üzərindəki nəzarəti yumşaltmağa inandıra bilməməsindən sonra, bazar ertəsi günü qüvvəyə minib.

Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı mövzusunda Tehranla razılaşma əldə edə bilmədiyini, bu səbəbdən ABŞ hərbçilərinin İranın dəniz blokadasına başladığını bəyan edib.

İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edib. Ondan əlavə, qrupun tərkibində dövlət başçısının xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yer alıblar.

İran nümayəndə heyətinə isə ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və XİN rəhbəri Abbas Əraqçı başçılıq ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Səudiyyə_Ərəbistanı#ABŞ#İran#Hörmüz_boğazı#Donald_Tramp#neft_ixracı#Bab-əl-Məndəb_boğazı#Qırmızı_dəniz#blokada#dəniz_yolları.

Oxşar Xəbərlər

Latın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJDünya

Latın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJ

"Əgər Birləşmiş Ştatlar regionla əlaqələrinə yenidən baxmasa, Latın Amerikasında üsyanla üzləşəcək".

Bu gün
16:020
Müctəba Xameneidən hədə: "İran zərbə vurmağa hər an hazırdır"Dünya

Müctəba Xameneidən hədə: "İran zərbə vurmağa hər an hazırdır"

İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İslam Respublikasının Hərbi Dəniz Qüvvələri rəqiblərini yenidən məğlub etməyə tam hazırdır.

Bu gün
15:450
Müctəba Xameneidən yeni savaşla bağlı KRİTİK AÇIQLAMADünya

Müctəba Xameneidən yeni savaşla bağlı KRİTİK AÇIQLAMA

İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İslam Respublikasının Hərbi Dəniz Qüvvələri rəqiblərini yenidən məğlub etməyə tam hazırdır.

Bu gün
15:450
Avstraliyada naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü: Ölən var - VİDEODünya

Avstraliyada naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü: Ölən var - VİDEO

Avstraliyanın Melburn şəhərində "Supanova Comic Con" festivalının keçirildiyi ərazinin yaxınlığında naməlum şəxs avtomobilini piyadaların üzərinə sürüb.

Bu gün
15:380