
Müctəba Xameneidən hədə: "İran zərbə vurmağa hər an hazırdır"
İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İslam Respublikasının Hərbi Dəniz Qüvvələri rəqiblərini yenidən məğlub etməyə tam hazırdır.
İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İslam Respublikasının Hərbi Dəniz Qüvvələri rəqiblərini yenidən məğlub etməyə tam hazırdır.
Gundem.today xəbər verir ki, müvafiq açıqlama onun rəsmi "Telegram" kanalında yerləşdirilib.
"İran Silahlı Qüvvələri ölkəmizin torpaqlarının və ərazi sularının müdafiəsini qətiyyətlə davam etdirir. İslam Respublikasının pilotsuz təyyarələri Amerika və İsrail cinayətkarlarını ildırım tək vurduğu kimi, cəsur donanması da düşmənlərə yeni məğlubiyyətlərin acısını daddırmağa hazırdır", - deyə Xameneinin Milli Ordu Günü münasibətilə yayımladığı təbrik mesajında qeyd olunur.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrandan çıxarılması istənilən urana daha bir namizəd tapıldı
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Çin Trampın münaqişəni dayandırmaq məqsədilə irəli sürdüyü razılaşma çərçivəsində İrandan çıxarılması nəzərdə tutulan təxminən 440 kiloqram zənginləşdirilmiş uranın saxlanılması və ya zənginləşdirmə səviyyəsinin aşağı salınması üzrə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
DünyaHörmüz boğazında daha bir gəmi VURULDU
Omanın şimal-şərq istiqamətində hərəkət edən konteyner gəmisi naməlum istiqamətdən hücuma məruz qalıb.
DünyaABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər? - FOTO
Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin Yaxın Şərqdə xidmət edən hərbi qulluqçularının ərzaq qıtlığı ilə üzləşməsi barədə yayılan məlumatları təkzib edib.
DünyaHörmüz boğazında atəşə tutulan gəmilərin hansı ölkəyə məxsus olduğu BİLİNDİ
Hörmüz boğazında hücuma məruz qalan gəmilərin hansı ölkəyə aid olduğu müəyyənləşib.