
Kivi yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib - FOTO - VİDEO
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, "Cənub-Astara" gömrük postunda kivi yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki kivi yükünün içərisindən xüsusi üsullarla qablaşdırılan və gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 63 kiloqram 790 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəDəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT
Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
HadisəQonaqkəndə yol çəkənlər qəzaya düşdülər: Yaralı var - VİDEO
Quba rayonunda avtomobil aşıb.
HadisəZaqatalada avtomobilin vurduğu piyada ölüb
Bu gün saat 21 radələrində Zaqatala rayonu ərazisində Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı İmdat İsmayılovu vurub.
HadisəBakının mərkəzində restoran yandı: Bina sakinləri ayağa qalxdılar - VİDEO
Paytaxtın mərkəzində, 28 May küçəsində yerləşən "El Pizza" restoranında axşam saatlarında yanğın baş verib.