
Bakının mərkəzində restoran yandı: Bina sakinləri ayağa qalxdılar - VİDEO
Paytaxtın mərkəzində, 28 May küçəsində yerləşən "El Pizza" restoranında axşam saatlarında yanğın baş verib.
Paytaxtın mərkəzində, 28 May küçəsində yerləşən "El Pizza" restoranında axşam saatlarında yanğın baş verib.
Gundem.today Baku TV-yə istinadən xəbər verir ki, hadisə yerinə оperativ şəkildə müdaxilə olunub və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğın tam söndürülüb, ərazidə isə tüstülənmə müşahidə olunur.
Hadisə şahidlərindən biri baş verənləri belə təsvir edib:
"Qızım birdən qapını bərk döydü. Elə bildim, başına nəsə gəlib, kimsə onu təqib edir. Dedi ki, bina yanır, tez bayıra çıxın. Hər tərəfi tüstü basmışdı, göz-gözü görmürdü.
Mən həmişə onlara deyirdim ki, pizzanı elektrik sobasında hazırlayın. Amma odun, taxta gətirib yandırır, onunla bişirirdilər. Bu tikili UNESCO siyahısına düşmüş, 100 ildən çox yaşı olan tarixi binadır. Üzərində də lövhə var, toxunulmaz binadır.
Üç-dörd il əvvəl buranı satdılar, bir nəfər aldı və burada restoran açdı. Bütün qonşular, dörd-beş ailə etiraz etdi ki, burada pizza bişirmək olmaz. Hər yerə zəng etdik, müraciət etdik. Dəfələrlə dedik ki, bu obyekti bağlayın, amma heç kim tədbir görmədi. Axırı belə oldu, bina yandı".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəXəzərdə növbəti ZƏLZƏLƏ - FOTO
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
HadisəDəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT
Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
HadisəQonaqkəndə yol çəkənlər qəzaya düşdülər: Yaralı var - VİDEO
Quba rayonunda avtomobil aşıb.
HadisəZaqatalada avtomobilin vurduğu piyada ölüb
Bu gün saat 21 radələrində Zaqatala rayonu ərazisində Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı İmdat İsmayılovu vurub.