Son dəqiqə
KİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilərKiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilibGürcüstanda 181 min dollarlıq qarətin üstü açılıb, iki nəfər saxlanılıbTürkiyə Superliqası: "Qalatasaray" səfərdən qələbə ilə qayıdır - VİDEOAğdamda gəncin FACİƏLİ ölümünün TƏFƏRRÜATI məlum olubMacarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Dünya

Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb

Bu gün
21:36
0 baxış
Paylaş:

Kiyevdə atışmanı 58 yaşlı rusiyaəsilli kişi törədib.

Kiyevdə atışmanı 58 yaşlı rusiyaəsilli kişi törədib.

Gundem.today "RBC-Ukraine" saytına istinadən xəbər verir ki, hadisəni törədən şəxsin adı Dmitri Vasilçenkovdur.

O, Ukrayna paytaxtında insanlara atəş açaraq dörd nəfəri öldürüb, daha sonra supermarketdə barrikada quraraq bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə operativ şəkildə hüquq-mühafizə orqanları cəlb olunub və xüsusi təyinatlılar tərəfindən hücum edən şəxs zərərsizləşdirilib.

Daxili işlər naziri İqor Klimenko qeyd edib ki, hücum edən şəxs insanlara yaxın məsafədən atəş açıb və onun üzərində karabin tipli silah olub. Onun sözlərinə görə, cinayətkar əvvəlcə küçədə hərəkət edərək dörd nəfəri öldürüb, daha sonra mağazada girov götürdüyü şəxsi qətlə yetirib. Yaralılardan birinin də həyatını xilas etmək mümkün olmayıb.

Ümumilikdə insident nəticəsində altı nəfər həyatını itirib.

Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.

Gundem.today xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

"Hazırda beş nəfərin öldüyü məlumdur. Onların yaxınlarına və doğmalarına başsağlığı verirəm. Yaralanmış 10 nəfər xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir. Dörd girov xilas edilib", - V.Zelenski bildirib.

Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.

Gundem.today "Kiyev Novini" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Bəzi mənbələr dörd nəfərin öldüyünü bildirirlər. Xüsusi təyinatlıların müdaxiləsi nəticəsində silahlı şəxsi zərərsizləşdirmək mümkün olub.

Kiyev meri Vitali Kliçko xəbəri təsdiqləyib. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Kiyev#Silahlı_insident#Vitali_Kliçko#Volodimir_Zelenski

Oxşar Xəbərlər

KİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilərDünya

KİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilər

ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.

Bu gün
23:480
Kiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilibDünya

Kiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilib

Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.

Bu gün
23:360
Gürcüstanda 181 min dollarlıq qarətin üstü açılıb, iki nəfər saxlanılıbDünya

Gürcüstanda 181 min dollarlıq qarətin üstü açılıb, iki nəfər saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə iki nəfər soyğunçuluqda ittiham olunaraq saxlanılıb, daha bir nəfər barəsində qiyabi ittiham irəli sürülüb.

Bu gün
23:240
Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandıDünya

Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı

Macarıstanda müxalif "Tisa" partiyası parlament seçkisində 199 yerdən 141-ni qazanıb.

Bu gün
23:000