
Kiyevdə baş vermiş atışma nəticəsində ölən və yaralananların sayı artıb
Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.
Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.
Gundem.today xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
"Hazırda beş nəfərin öldüyü məlumdur. Onların yaxınlarına və doğmalarına başsağlığı verirəm. Yaralanmış 10 nəfər xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir. Dörd girov xilas edilib", - V.Zelenski bildirib.
Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb.
Gundem.today "Kiyev Novini" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.
Bəzi mənbələr dörd nəfərin öldüyünü bildirirlər. Xüsusi təyinatlıların müdaxiləsi nəticəsində silahlı şəxsi zərərsizləşdirmək mümkün olub.
Kiyev meri Vitali Kliçko xəbəri təsdiqləyib. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilər
ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
DünyaKiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilib
Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.
DünyaGürcüstanda 181 min dollarlıq qarətin üstü açılıb, iki nəfər saxlanılıb
Gürcüstanın paytaxtı Tbilisidə iki nəfər soyğunçuluqda ittiham olunaraq saxlanılıb, daha bir nəfər barəsində qiyabi ittiham irəli sürülüb.
DünyaMacarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı
Macarıstanda müxalif "Tisa" partiyası parlament seçkisində 199 yerdən 141-ni qazanıb.