Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"ni dəstəkləyən təşkilatların sırası genişlənir
"KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"ni dəstəkləyən təşkilatların sırası genişlənir
İqtisadiyyat

"KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"ni dəstəkləyən təşkilatların sırası genişlənir

Dünən
15:15
0 baxış
Paylaş:

KOB-ların iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakının təmin olunması, yaşıl biznes təşəbbüslərini təşviq etmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"yə qoşulan ölkələrin və təşkilatların sayı artmaqda davam edir.

KOB-ların iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakının təmin olunması, yaşıl biznes təşəbbüslərini təşviq etmək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"yə qoşulan ölkələrin və təşkilatların sayı artmaqda davam edir.

Gundem.today xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, bu günə kimi bəyənnaməyə ümumilikdə 10 ölkə, 27 yerli və beynəlxalq təşkilat qoşulub. Bəyannaməyə dair ətraflı məlumat www.greensme.org saytda yerləşdirilib. İstənilən ölkədə sahibkarlıq və biznes sahəsində fəaliyyət göstərən dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar, eləcə də biznes subyektləri Bəyannaməyə qoşula bilərlər.

Həmçinin, 2025-ci ildə bəyannamə barədə xarici ölkələrin, yerli və beynəlxalq təşkilatların maarifləndirilməsi üçün 10-a yaxın tədbir təşkil olunub. Belə ki, ötən ilin iyulda Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri üçün, avqustda Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün bəyannaməyə dair təqdimatlar keçirilib.

Həmçinin, ötən ilin martında Nyu-Yorkda BMT-nin Qadınların Statusuna dair 69-cu Komissiyası çərçivəsində "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Qadınların rolunun artırılması", oktyabrda Bakıda keçirilmiş Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum) çərçivəsində "Qlobal yaşıl keçiddə KOB-ların rolunun artırılması: KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi", noyabrda Belem şəhərində COP30 çərçivəsində "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu" mövzusunda panel müzakirələr və s. təşkil olunub. Eyni zamanda 2025-ci ilin iyununda Bakıda keçirilmiş 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində ("Caspian Oil and Gas") KOBİA-nın stendi KOB-ların yaşıl iqtisadiyyata keçidinə və bəyannamənin təşviqinə həsr olunub.

Qeyd edək ki, "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə" 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülmüş beynəlxalq təşəbbüsdür. Bu sənəd KOB-lar üçün ilk dəfə olaraq qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və mövcud çətinliklərin aradan qaldırılması məqsədilə sahibkarların bilik və bacarıqlarının artırılması üçün təlim və seminarların təşkili, ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#KOB#KOBİA#yaşıl_keçid#Bakı_İqlim_Koalisiyası#iqlim_dəyişikliyi#yaşıl_iqtisadiyyat#COP29#beynəlxalq_əməkdaşlıq#sahibkarlıq#ekoloji_biznes

Oxşar Xəbərlər

İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıbİqtisadiyyat

İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb

İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.

Bu gün
21:240
Almaniya Azərbaycana biznes-missiya göndərəcəkİqtisadiyyat

Almaniya Azərbaycana biznes-missiya göndərəcək

Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi Azərbaycan və Qazaxıstana biznes-missiya təşkil edəcək.

Bu gün
19:360
Bir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcəkİqtisadiyyat

Bir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödənilə bilər.

Bu gün
15:040
Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIRİqtisadiyyat

Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIR

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

Bu gün
09:480