Son dəqiqə
Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - FOTOVüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi - FOTOABŞ-də faciə: Aclıqdan tarakan və qarışqa yeyən bir yaşlı körpə öldüBakıda davamlı sıxlıq olan daha bir ərazidə "sarı tor" tətbiq edildi - FOTOÖlkə ərazisində suçəkmə işləri davam etdirilir - VİDEOPezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - FOTO
Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - FOTO
Cəmiyyət

Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - FOTO

Bu gün
17:12
0 baxış
Paylaş:

Paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı son günlər problemlər yaranıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi məsələnin ciddiliyindən xəbər verir.

Paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı son günlər problemlər yaranıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi məsələnin ciddiliyindən xəbər verir.

Hazırda Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikili mövcuddur.

Maraqlıdır, bəs görəsən, kollektorların üzərində və ya mühafizə zolağında tikilən fərdi yaşayış evləri sökülərsə, sakinlər kompensasiya ilə təmin olunacaqlarmı? Hansı ərazilərdə olan tikililər sökülərsə, vətəndaşlara kompensasiya veriləcək?

Gundem.today-ın sualına cavab olaraq Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kompensasiyanın verilməsi ərazidən deyil, əsasən, hüquqi statusdan asılıdır:

"Bu məsələdə iki hal mövcuddur. Birinci hal odur ki, fərdi yaşayış evi birbaşa kanalizasiya və yağış kollektorlarının üzərində yerləşir. İkinci hal isə kollektorların mühafizə zonasında - yəni təxminən 15-25 metr radiusunda yerləşən tikililərlə bağlıdır.

Qeyd etmək lazımdır ki, kollektorun üzərində tikilən evlər tamamilə qanunsuz hesab olunur. Çünki kollektorlar elə mühəndis qurğularıdır ki, onların mütəmadi texniki baxışı, açılması və təmizlənməsi zəruridir. Bu baxımdan həmin ərazilərdə tikinti aparılması yolverilməzdir.

Kollektorun ətrafındakı mühafizə zonasında yerləşən evlər isə müəyyən risk daşısa da, bu, birbaşa kollektor üzərində tikilən evlər qədər deyil. Bəzi hallarda belə evlər üçün sənədlər də əldə olunub. Əgər sənədləri qaydasında olan evlər söküntüyə məruz qalarsa, bu zaman həmin mülklərin sahibləri kompensasiya almaq hüququna malikdirlər.

Sənədsiz evlərə gəldikdə isə, xüsusilə kollektorun birbaşa üzərində yerləşən tikililər hüquqi baxımdan kompensasiya almaq üçün uyğun hesab edilmir. Yəni qanunvericiliyə əsasən, belə evlərə kompensasiya verilməsi nəzərdə tutulmur.

Bununla belə, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, aidiyyəti qurumlar sosial yanaşma tətbiq edərək vətəndaşlara müəyyən yardım göstərə bilər. Bu yardım alternativ yaşayış sahəsi ilə təminat və ya müəyyən məbləğin ayrılması şəklində ola bilər. Bu ödəniş rəsmi olaraq "kompensasiya" adlandırılmasa da, mahiyyət etibarilə kompensasiya xarakteri daşıya bilər və vətəndaşların mövcud vəziyyətdən çıxmasına kömək edə bilər".

O əlavə edib ki, belə hallar, əsasən, Zığ və ətraf ərazilərdə, Hövsanda, Türkan qəsəbəsində, Sabunçu rayonunda, Zabrat qəsəbəsində, Balaxanıda, eləcə də Xətai və Nizami rayonlarının bir sıra ərazilərində müşahidə olunur:

"Bu ərazilərdə kollektorların yerləşdiyi sahələr mühəndis şəbəkələrinin topoqrafik xəritələrində əks olunub və müvafiq dövlət qurumlarında mövcuddur. Gözlənilir ki, bu xəritələr gələcəkdə digər dövlət qurumlarına da təqdim ediləcək ki, bələdiyyələr və yerli icra nümayəndəlikləri bu ərazilərdə qanunsuz tikintilərin qarşısını ala bilsinlər. Əks halda, bu problem davamlı xarakter ala bilər.

* Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ?

Qeyd edim ki, bu tikililər mütləq şəkildə söküləcək. Kompensasiya məsələsinə gəldikdə isə, Azərbaycan sosial dövlətdir və vətəndaşlara münasibətdə humanist yanaşma prinsipi əsas götürülür. Təcrübə göstərir ki, hətta hüquqi sənədləri olmayan tikililərdə yaşayan vətəndaşlar da tamamilə evsiz qoyulmurlar. Dövlət indiyədək belə hallarda müəyyən sosial dəstək mexanizmləri tətbiq edib. Kompensasiyanın verilməsi ərazidən deyil, əsasən, hüquqi statusdan asılıdır. Əgər evin sənədləri qaydasındadırsa, kompensasiya ödənilir. Əks halda isə alternativ həll yolları tətbiq oluna bilər.

Nəzərə almaq lazımdır ki, vətəndaşlar illərlə bu evlərə vəsait xərcləyib, kommunal xidmətlər üçün ödənişlər edib və faktiki olaraq həmin əmlakdan istifadə ediblər. Bu amillər də müəyyən qiymətləndirmə zamanı nəzərə alına bilər.

Hesab edirəm ki, bu prosesə müstəqil qiymətləndirici şirkətlər cəlb olunmalıdır. Dəymiş ziyanın hesablanması obyektiv və tərəfsiz ekspertlər tərəfindən aparılmalıdır. Yəni nə dövlət qurumları, nə də vətəndaşların özü deyil, məhz müstəqil qiymətləndiricilər yekun məbləği müəyyən etməlidirlər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#kollektor_üzərindəki_evlər#evlərin_söküntüsü#qanunsuz_tikililər#kompensasiya_verilməsi#sənədsiz_evlər#Bakı_Sukanal_İdarəsi#mühəndis_qurğularının_mühafizə_zolağı#əmlakın_qiymətləndirilməsi#fərdi_yaşayış_evlərinin_sökülməsi#sosial_dəstək

Oxşar Xəbərlər

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi - FOTOCəmiyyət

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi - FOTO

"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub.

Bu gün
17:160
Bakıda davamlı sıxlıq olan daha bir ərazidə "sarı tor" tətbiq edildi - FOTOCəmiyyət

Bakıda davamlı sıxlıq olan daha bir ərazidə "sarı tor" tətbiq edildi - FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, Rəşid İsmayılov və Şirvan küçələrinin kəsişməsində təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək məqsədilə 1.25 - "sarı tor" nişanlanma xətləri təşkil edilib.

Bu gün
17:040
İnsanların problemdən qurtula bilmədiyi prospekt: Dirək və ağaclar səkini keçilməz edib - VİDEOCəmiyyət

İnsanların problemdən qurtula bilmədiyi prospekt: Dirək və ağaclar səkini keçilməz edib - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasında bu dəfə Xətai prospektində hərəkətin təşkilində yaranan problemə diqqət çəkilib.

Bu gün
16:520
Hava şəraiti DƏYİŞƏCƏK: Yağış və qar yağacaq - XƏBƏRDARLIQCəmiyyət

Hava şəraiti DƏYİŞƏCƏK: Yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Aprelin 11-i axşam və 12-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə digər yerlərdə də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu gün
16:580