
Komitə sədri dövlətə ödənilən 6 milyard manatdan danışdı
"Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb".
"Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb".
Gundem.today xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, Gömrük xidməti general-polkovniki Şahin Bağırov parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, yeni layihədə risk meyarları əsasında gömrük nəzarətinin həyata keçirilməsi nəzərdə tutulur:
"Bu yanaşma beynəlxalq praktikada geniş tətbiq olunur və son illərdə ölkəmizdə də uğurla istifadə edilir. Qeyd etmək lazımdır ki, gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb ki, bu da risk idarəetmə sisteminin tətbiqinin effektivliyini göstərir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatNeft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə diqqətçəkən bir gedişlə qızıl ehtiyatının bir hissəsini satıb. Rəsmi göstəricilərə əsasən, Fond cari ilin yanvar-mart aylarında 21.9 ton qızıl sataraq ümumi qızıl ehtiyatlarını 178.1 tona qədər azaldıb. Bu qismən azalmaya baxmayaraq, aprelin 1-nə olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi hələ də kifayət qədər yüksək - 35.6 faiz (26.,1 milyard dollar) olaraq qalır. Bəs, ARDNF-in məhz indi aktiv satışa keçməs
İqtisadiyyatAvropada qaz ehtiyatları beşillik minimuma düşdü
Avropada yeraltı qaz anbarlarının (YQS) doldurulma səviyyəsi aprelin sonunda 32.73%-ə çatıb ki, bu da son beş ildə minimum göstəricidir.
İqtisadiyyatAzərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
İqtisadiyyatOyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEO
Bəzən vətəndaşlar kredit üçün müraciət etdikdə ona müxtəlif səbəblərdən imtina verilə bilər. Lakin ən maraqlı imtina səbəblərindən biri də oyunlara ödənilən pula görədir.