Son dəqiqə
Çində keçmiş sevgililərin süni intellekt "surətini" yaradan servis hazırlanıb"Tesla" İlon Maskın 12 rəqəmli maaşını açıqladıBritaniyada əkiz bacılar DNT testi etdilər - Nəticələr hər kəsi təəccübləndirdiKİV: Yeni araşdırma melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstəribMeksikada ştat qubernatoru ABŞ-nin ittihamlarından sonra vəzifəsini tərk etdiNeft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?
Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?
İqtisadiyyat

Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?

Bu gün
05:00
0 baxış
Paylaş:

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə diqqətçəkən bir gedişlə qızıl ehtiyatının bir hissəsini satıb. Rəsmi göstəricilərə əsasən, Fond cari ilin yanvar-mart aylarında 21.9 ton qızıl sataraq ümumi qızıl ehtiyatlarını 178.1 tona qədər azaldıb. Bu qismən azalmaya baxmayaraq, aprelin 1-nə olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi hələ də kifayət qədər yüksək - 35.6 faiz (26.,1 milyard dollar) olaraq qalır. Bəs, ARDNF-in məhz indi aktiv satışa keçməs

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə diqqətçəkən bir gedişlə qızıl ehtiyatının bir hissəsini satıb. Rəsmi göstəricilərə əsasən, Fond cari ilin yanvar-mart aylarında 21.9 ton qızıl sataraq ümumi qızıl ehtiyatlarını 178.1 tona qədər azaldıb. Bu qismən azalmaya baxmayaraq, aprelin 1-nə olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi hələ də kifayət qədər yüksək - 35.6 faiz (26.,1 milyard dollar) olaraq qalır. Bəs, ARDNF-in məhz indi aktiv satışa keçməsinin səbəbi nədir?

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Çevik qərarların verilməsi vacibdir"

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Dövlət Neft Fondu tərəfindən investisiyaların yerləşdirilməsində çevik qərarların verilməsinə üstünlük verilir. Fond qızıl ehtiyatlarını kəskin artırmağa başladığı dövrdə qızılın qiyməti xeyli aşağı idi və praktik olaraq qızıla investisiya etməklə aktivlərin, eləcə də strateji ehtiyatların payını artırmış oldu: "İran müharibəsi başladıqdan sonra qızılın qiymətində azalmalar müşahidə etdik və qızıl bazarında daha yüksək volatillik müşahidə olunmaqdadır. Bu da nəticə etibarilə qızılın qiymətinə və qızıla olan tələbə təsir göstərir, çünki investorlar neft bazarına daha çox sərmayə qoyuluşu həyata keçirməyə başladılar. Ona görə Dövlət Neft Fondu həm bazardakı mövcud vəziyyət, həm də təbii ki, gözləntiləri nəzərə almaqla bu istiqamətdə qərarlarını verir. Atəşkəsdən sonra biz qızıl bazarında müəyyən sabitləşmə və artımları müşahidə etdik, nəticədə bir aylıq yekunda qızılın qiyməti təxminən 4 faizə yaxın yüksəldi. Altı aylıq yekunda qızılın qiymətində 18 faiz artım olub, son bir ildə qızılın qiyməti 40 faiz artıb. Bu baxımdan çevik siyasət investisiya portfelinin strukturunu dəyişməyi tələb edir".

Alış və satış arasındakı qiymət fərqi

V.Bayramov Dövlət Neft Fondu tərəfindən qızılın alqı-satqısı ilə bağlı, yəni müəyyən müddətlərdə vəsaitin qızılda saxlaması, müəyyən müddət sonra onun digər aktivlərə və ya nağd vəsaitlərə çevrilməsini doğru hesab edir. Çünki nəticədə Fondun qızılı almağa başladığı tarix ilə qızılı satdığı tarix arasındakı qiymət fərqinə baxsaq, bu, praktik olaraq həmin investisiyadan gəlirliyin təmin edilməsinə imkan yaradıb: "Konservativ qərarlardan daha çevik qərarların verilməsinə keçid reallaşıb. Təbii ki, daha az riskli istiqamətlərə vəsaitlərin yönəldilməsi prinsipi yenə də saxlanılır. Bununla yanaşı qərarların çevik olması çox önəmlidir. Çünki çevik qərarlar nəticədə daha çox gəlirin əldə edilməsinə imkan yaradıb. Dövlət Neft Fondu növbəti dövrlərdə də öz investisiya qərarlarını şaxələndirəcək, fərqli istiqamətlərə vəsaitlərin yönəldilməsini həyata keçirəcək. Qızılla da, yenidən investisiya qoyuluşu da həyata keçirilə bilər, çünki bazardakı gözləntilər və proqnozlara uyğun olaraq qərarların qəbulu həyata keçirilir. Ona görə bu, sadəcə çevik qərarların nəticəsi kimi qiymətləndirilməlidir".

"Bu addım qızıldan tamamilə imtina demək deyil"

İqtisadçı Elçin Əkbərov isə bildirib ki, Prezidentin müvafiq Fərmanına əsasən, Fondun qızıl altportfelinin payı investisiya portfelinin məcmu dəyərinin 35 faizinə qədər nəzərdə tutulub: "Bu zaman yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olaraq müəyyən edilib. Fondun bu il üçün investisiya siyasətinin əsas hədəfi isə əsas kapitalın itirilməsi riskini minimuma endirməklə yanaşı, maksimum gəlirliliyə nail olmaqdan ibarətdir. Məlum olduğu kimi, ARDNF-in qızıl ehtiyatları uzun illər ərzində yüksələn xətt üzrə artaraq 2019-cu ildəki 101.2 tondan 2025-ci ildə 200 tona çatıb və beləliklə, ehtiyatlar çəki ifadəsində təqribən iki dəfə artıb. Xüsusilə də bu alışların əsasən qızılın qiymətinin əlverişli və ucuz olduğu dövrlərə təsadüf etdiyini vurğulamaq lazımdır".

E.Əkbərovun sözlərinə görə, uzunmüddətli yığım prosesindən sonra 2026-cı ildə ARDNF çoxillik alış siyasətini dayandıraraq taktiki satışa başladı. Lakin bu addım heç də bazarda qızıldan tamamilə imtina və ya qızıldan çıxış kimi başa düşülməməlidir. Əksinə, investisiya portfelinin yenidən və sağlam şəkildə balanslaşdırılmasıdır: "Bunun ən başlıca səbəblərindən biri məhz investisiya gəlirinin realizasiyası, yəni mənfəətin nağdlaşdırılmasıdır. 2025-ci il və 2026-cı ilin əvvəlində qızıl qiymətlərinin kəskin bahalaşması, eləcə də tarixi rekordların yenilənməsi uzun müddət ərzində ucuz qiymətə yığılmış bu aktivdən maksimum mənfəət əldə etmək üçün ideal və rasional fürsət yaratdı. Digər tərəfdən, 2025-ci ilin sonunda qızılın payının 38.2 faizə çatması Fondun təsdiqlənmiş hədəf göstəricisini artıq üstələyirdi. Buna görə də satış prosesi portfeli tələb olunan normativ çərçivəyə qaytarmağa xidmət edir. Eyni zamanda, Yaxın Şərqdəki gərginliklər və inflyasiya gözləntilərinin istiqraz bazarına mənfi təsiri fonunda Fond öz ümumi ehtiyatlarını sığortalamaq və yaranan likvidlik ehtiyacını qarşılamaq məqsədilə də dövri satışlara getmiş ola bilər. ARDNF bu halda qlobal institutların hər Trua unsiyası üçün 5 000 dollarlıq zirvə proqnozunu da gözləyərək spekulyativ g

#İqtisadiyyat#Dövlət_Neft_Fondu_(ARDNF)#Qızıl_satışı#İnvestisiya#Vüqar_Bayramov

Oxşar Xəbərlər

Avropada qaz ehtiyatları beşillik minimuma düşdüİqtisadiyyat

Avropada qaz ehtiyatları beşillik minimuma düşdü

Avropada yeraltı qaz anbarlarının (YQS) doldurulma səviyyəsi aprelin sonunda 32.73%-ə çatıb ki, bu da son beş ildə minimum göstəricidir.

Bu gün
14:240
Azərbaycan nefti ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.

Bu gün
10:440
Oyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEOİqtisadiyyat

Oyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEO

Bəzən vətəndaşlar kredit üçün müraciət etdikdə ona müxtəlif səbəblərdən imtina verilə bilər. Lakin ən maraqlı imtina səbəblərindən biri də oyunlara ödənilən pula görədir.

Bu gün
05:000
"Yüksəliş" müsabiqəsi: Hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli - FOTOİqtisadiyyat

"Yüksəliş" müsabiqəsi: Hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli - FOTO

Dəyişkən və qeyri-sabit siyasi mühitdə dayanıqlı inkişafı yalnız maddi resurslarla deyil, eyni zamanda milli kadr ehtiyatı, güclü idarəetmə bacarıqları və perspektivli liderlərin formalaşdırılması ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycanda "Yüksəliş" müsabiqəsinin yaradılması dövrün tələblərindən irəli gələn strateji zərurət kimi başa düşülməlidir. Sürətlə dəyişən sosial, siyasi, iqtisadi və texnoloji reallıqlar fonunda dövlət və cəmiyyət üçün yeni düşüncəyə malik, çevik qərarvermə bacarığı o

Dünən
16:230