
Kredit kartlarına LİMİT: "İnanılmaz dərəcədə böyük borclanma var idi"
"Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarının verilməsinin qarşısını alıb".
"Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarının verilməsinin qarşısını alıb".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz əməkhaqqının beş misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.
AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22.4 milyon ədəd ödəniş kartının 20.3 milyonu debet, 2.1 milyonu kredit kartı olub. Son bir ildə debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb. Kartların ümumi sayında 10% artım qeydə alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatHərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcək
Diplomatik xidmətə vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə maddəsi ilə xitam verildikdə əməkdaşın vərəsələrinə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.
İqtisadiyyat"Bitcoin" sürətlə bahalaşır
Kriptovalyuta birjasında keçirilən ticarət əməliyyatında "Bitcoin"in dəyəri 31 yanvar 2026-cı ildən bu yana ilk dəfə olaraq 82 min dollar həddini aşıb.
İqtisadiyyatQızıl xeyli bahalaşdı
"Comex" ticarət birjasında 2026-cı ilin iyun ayı üzrə tədarük ediləcək qızıl füçerslərinin dəyəri 2026-cı il aprelin 27-dən bu yana ilk dəfə olaraq bir troy unsiyası üçün 4 700 dollar həddini aşıb.
İqtisadiyyatQaz yanacağı ilə işləyən avadanlıqlarla bağlı YENİ QƏRAR
"Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/АZ)" təsdiq edilib.