
Küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Gundem.today xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydaları ilə bağlı müraciət edib.
Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!" - müraciətdə deyilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNaxçıvanda yeddi minə yaxın abonent qazsız qalıb
Naxçıvan şəhəri, Əziz Əliyev prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 6 437 əhali və 300 qeyri-əhali abonentin müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.
CəmiyyətNərimanovda LİFT PROBLEMİ: Sakinlər çətin durumda - VİDEO
Bakıda yaşayış binasında lift problemi sakinləri çətin vəziyyətə salıb.
CəmiyyətBakıda müəllimə vəfat edib - FOTO
C.Rəhimov adına 146 nömrəli məktəbin biologiya müəlliməsi Səidə Bahadur qızı Əliyeva vəfat edib.
CəmiyyətHökməlidə 12 gündür su yoxdur - Sakinlərə niyə "gözləməyin" deyilib? - FOTO
Abşeron rayonunun, Hökməli qəsəbəsinin bir hissəsində artıq 12 gündür suyun verilişi dayandırılıb.