
Hökməlidə 12 gündür su yoxdur - Sakinlərə niyə "gözləməyin" deyilib? - FOTO
Abşeron rayonunun, Hökməli qəsəbəsinin bir hissəsində artıq 12 gündür suyun verilişi dayandırılıb.
Abşeron rayonunun, Hökməli qəsəbəsinin bir hissəsində artıq 12 gündür suyun verilişi dayandırılıb.
Bu barədə Gundem.today-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, problemin səbəbi kimi nasosxanaya suyun gəlməməsi göstərilir. Bildirilir ki, bu səbəbdən qəsəbənin bir hissəsinə su ötürülməsi mümkün olmur.
Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı onlara konkret tarix də söylənilmir. Hətta bəzi hallarda "gözləməyin, su tezliklə olmayacaq" deyildiyi iddia olunur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDoqquz yeni metro stansiyasının layihələndirmə işləri tam başa çatıb
Bakıda 9 yeni metro stansiyasının layihələndirmə işləri tam başa çatıb.
CəmiyyətBakıda GÜCLÜ KÜLƏK: Yol polisi piyada və sürücülərə müraciət etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
CəmiyyətMetronun iki stansiyasını birləşdirən avtobus xəttində GEDİŞ PULSUZ OLA BİLƏR
"Bakı Metropolitenində xətlərin ayrılması layihəsi icra edilərkən "28 May" və "Nizami" stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir".
CəmiyyətSabah Bakıda 17 dərəcə isti olacaq, rayonlara qar, dolu yağacaq - 09.04.2026
Azərbaycanda aprelin 9-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.