
Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Gundem.today-a bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda "Metadon" M-40 həbləri və qurudulmuş marixuananı aprelin 11-də Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Qoca Mikayıl oğlu Orucov saxlanılıb.
Qeyd olunub ki, keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq 700 qram narkotik vasitə olan qurudulmuş marixuana və 3 500 ədəd narkotik tərkibli "Metadon" M-40 həbləri aşkarlanaraq götürülüb.
DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalXırdalanda QƏTL: Şübhəli saxlanıldı
Abşeron rayonu, Xırdalan şəhərində Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
KriminalXırdalanda qətl hadisəsi olub
Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
KriminalŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb.
Kriminal14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
"Atlant" istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adının çəkildiyi səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub.