Son dəqiqə
Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaqAzərbaycan Kuboku: "Qarabağ"ı məğlub edən "Sabah" finala yüksəldiAzərbaycan Kuboku: "Qarabağ"ı məğlub edən "Sabah" finala yüksəldi - VİDEOİbrahim Tatlıses mirasını kimə vəsiyyət etdiyini açıqladı - VİDEOQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilibQarsda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Kürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ
Kürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ
Cəmiyyət

Kürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ

Bu gün
13:48
0 baxış
Paylaş:

Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.

Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.

Gundem.today xəbər verir ki, yaranan vəziyyət Kür qırağı ərazilərdə yaşayan əhalinin narahatlığına səbəb olub.

Əsas müzakirə mövzusu Kürdə suyun səviyyəsinin artması prosesinin nə qədər davam edəcəyi və Kürün daşıb ətraf kəndləri basma ehtimalı nə qədər olması ətrafındadır.

Gundem.today-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, mövcud vəziyyət tam nəzarət altındadır və hazırda hər hansı subasma riski müşahidə edilmir.

"Kür çayının axını tənzimlənir və hazırda hər hansı subasma riski müşahidə edilmir. Qeyd edək ki, bir neçə gün öncə xidmət tərəfindən Kür çayının mənsəb hissəsində su sərfinin saniyədə 300 kubmetrdən 600 kubmetrədək artırılması barədə ictimaiyyətə məlumat verilmişdi. Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi ADSEA və onun tabeliyində olan təşkilatlar tərəfindən mütəmadi nəzarətdə saxlanılır", - deyə məlumatda qeyd olunub.

Kürdə suyun səviyyəsinin artması prosesinin nə qədər davam edəcəyi məsələsinə gəlincə isə qurumdan bildirilib ki, su buraxılışı anbara daxil olanın miqdarına və su anbarının həcminə uyğun şəkildə tənzimlənir.

"Hazırda yağıntılı hava şəraiti, eləcə də Kür çayının yuxarı axın zonalarında qar örtüyünün əriməsi ilə əlaqədar olaraq bu prosesin may ayının sonları, iyunun əvvəllərinə qədər davam edəcəyi gözlənilir. Məlumat üçün bildiririk ki, son illərdə yağıntıların az olması səbəbindən Kür çayında su səviyyəsinin aşağı düşməsi və Mingəçevir su anbarında kifayət qədər su ehtiyatının toplanmaması nəticəsində çayda azsulu vəziyyət müşahidə edilirdi.

Hazırda isə çayın əvvəlki iqlim dəyişikliklərindən öncəki vəziyyətinə qayıtması bəzi hallarda ictimaiyyətdə narahatlıq yarada bilər, lakin bu, təbii və nəzarət olunan prosesdir. Sosial mediada qeyd olunan ərazi Təzəkənd istiqamətində yerləşən Tuqay meşələri zonasıdır. Həmin ərazidə inşa edilmiş bəndlərin hündürlüyü 4-5 metr təşkil edir. Mövcud vəziyyətdə çay suyunun bənd səviyyəsinə çatmasına baxmayaraq, onu aşması və Kür çayı boyunca yerləşən yaşayış məntəqələrinin, əkin sahələrinin su altında qalması riski mövcud deyil. Bəndlərin texniki vəziyyəti mütəmadi olaraq yoxlanılır, gündəlik monitorinqlər aparılır və aidiyyəti qurumlara operativ məlumatlar təqdim olunur. Nəticə etibarilə, hazırkı vəziyyətlə bağlı əhali arasında hər hansı narahatlıq üçün əsas yoxdur. Eyni zamanda bildiririk ki, baş verə biləcək fövqəladə hallar barədə müvafiq qurumlara əvvəlcədən rəsmi məlumat veriləcək, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq", - deyə açıqlamada vurğulanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Kür_çayı#Azərbaycan_Dövlət_Su_Ehtiyatları_Agentliyi_(ADSEA)

Oxşar Xəbərlər

Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaqCəmiyyət

Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu gün
22:120
Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEOCəmiyyət

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.

Bu gün
21:360
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi yollarında təmir işləri aparılacaqCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi yollarında təmir işləri aparılacaq

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Bu gün
21:000
Anar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdiCəmiyyət

Anar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdi

Aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.

Bu gün
20:240