
Latviya prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Latviya prezidentinə raport verib.
Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunublar.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLondondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTO
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfər edib.
SiyasətLatviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"
"Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq".
SiyasətEdqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"
"Bizim çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü müzakirələrimiz oldu".
SiyasətPrezident: "Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir"
"O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması - red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb".