
"Laureus" idman mükafatının qalibləri məlum oldu
İspaniyalı tennisçi Karlos Alkaras "Laureus World Sports Awards - 2026" mükafatlandırma mərasimində "İlin idmançısı" adına layiq görülüb.
İspaniyalı tennisçi Karlos Alkaras "Laureus World Sports Awards - 2026" mükafatlandırma mərasimində "İlin idmançısı" adına layiq görülüb.
Gundem.today xəbər verir ki, bu barədə "Çempionat" nəşri məlumat yayıb.
Qeyd edək ki, mükafatlandırma mərasimi ardıcıl üçüncü dəfə Madriddə keçirilib. Mükafatl tennisçiyə futbol əfsanələri İker Kasilyas və Luis Fiqu təqdim ediblər.
Belaruslu tennisçi Arina Sobolenko da "İlin qadın idmançısı" adına layiq görülüb.
"Barselona" klubunun və İspaniya millisinin futbolçusu Lamin Yamal ilin gənc idmançısı seçilib, qolfçu Rori Makilroy "İlin qayıdışı" nominasiyasında qalib olub. 2014-cü il dünya çempionu, Almaniya millisinin sabiq futbolçusu Toni Kroos "İlin idman ilham mənbəyi", "Formula-1" üzrə dünya çempionu Lando Norris isə "İlin sıçrayışı" nominasiyalarında mükafatlandırılıb.
"İlin komandası" adına Fransa çempionu, ölkə kuboku və superkubokunun, həmçinin Çempionlar Liqasının və Qitələrarası kubokun qalibi olan, klublararası dünya çempionatının finalına yüksələn "Paris Sen-Jermen" futbol klubu layiq görülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Çelsi"nin baş məşqçi postuna əsas namizəd açıqlanıb
"Çelsi"də dünən istefaya göndərilmiş Liyam Rosenyoru əvəzləyəcək əsas namizəd bəlli olub.
İdman"Qarabağ"la gərgin kubok matçı "Sabah" üçün əlamətdar olub
"Sabah" futbol klubu Azərbaycan Kuboku çərçivəsində öz meydanında yubileyə imza ataraq 20-ci qolunu rəqib qapısından keçirib.
İdman"Formula-1" yarışlarını Azərbaycanda yayımlayacaq kanal BƏLLİ OLDU - ÖZƏL
Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə - "Formula-1" üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.
İdmanİtaliya DÇ-2026-da İranı əvəz edəcək? - ABŞ və FIFA rəhbərliyinə rəsmi müraciət edildi
2026-cı il futbol üzrə dünya çempionatında İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi təklif edilib.