
Ləğv edilmiş Naxçıvan Qaz İstismar Xidmətinin əməkdaşlarının aqibəti bilindi
"Təsdiq edilmiş strategiyanın tətbiq planı üzrə yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsini və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin üçün SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin müvafiq əmri ilə qurumun tabeliyində Naxçıvan Regional Qaz İstismarı İdarəsi (RQİİ) yaradılıb. Qurum hüquqi şəxs statusuna malik olmayan təşkilatdır".
"Təsdiq edilmiş strategiyanın tətbiq planı üzrə yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsini və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin üçün SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin müvafiq əmri ilə qurumun tabeliyində Naxçıvan Regional Qaz İstismarı İdarəsi (RQİİ) yaradılıb. Qurum hüquqi şəxs statusuna malik olmayan təşkilatdır".
Gundem.today-ın məlumatına görə, bunu "Azəriqaz" İB-nin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur zamanı qurumun İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini, departament rəisi vəzifəsini icra edən Murad Kərimov deyib.
O bildirib ki, həmin idarə üzrə vakant yerlərin komplektləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətində (QİX) işləyən işçilər hesabına təmin edilib:
"Bu məqsədlə yeni əməliyyat modelinin tələblərinə əsasən, idarənin aparatında və xidmət sahələrində struktur bölmələr yaradılıb. Əməkdaşlar icra etdikləri vəzifə və peşələrə uyğun olaraq peşəkarlıq fəaliyyətinin qiymətləndirilməsi prosesi çərçivəsində müvafiq imtahanlara cəlb ediliblər. Prosesin nəticələrinə əsasən əməkdaşlar mövcud vakant vəzifələrə yerləşdiriliblər. Hazırda Naxçıvan RQİİ-nin strukturu tam formalaşdırılıb və Naxçıvan QİX-in bütün əməkdaşları yeni strukturda işlə təmin olunublar".
Qeyd edək ki, Naxçıvan Qaz İstismar Xidməti 2025-ci il dekabrın 2-də ləğv edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi - VİDEO
Aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi kəskin artıb, bəzi ərazilərdə çay məcrasından çıxıb.
CəmiyyətQalmaqallı xəstəxanada direktor vəzifəsi Kamil Hacıyevə həvalə edildi - FOTO
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.
CəmiyyətKür çayının daşması məlumatları ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.
CəmiyyətAzərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.