
Lənkəranda dəniz sahilində mazut tullantılarına rast gəlinir - FOTO
Xəzər dənizinin Lənkəran sahilində mazut qırıntıları müşahidə olunur.
Xəzər dənizinin Lənkəran sahilində mazut qırıntıları müşahidə olunur.
Gundem.today APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunda Xəzər dənizi sahilində müşahidə olunan mazut parçaları yerli sakinlər və balıqçılar arasında narahatlığa səbəb olub. Dalğaların sahilə çıxardığı neft qalıqları kilometrlərlə uzanan sahilboyu ərazilərdə yayılıb.
Sakinlər bildirir ki, son vaxtlar havanın küləkli olması çirklənməni daha da artırıb. Balıqçılar isə mazut qalıqlarının torlara yapışaraq ovu çətinləşdirdiyini, qayıqlara zərər vurduğunu deyirlər.
Mütəxəssislərin sözlərinə görə, bu, karbohidrogen tərkibli neft qalıqlarıdır:
"Hazırda Xəzərin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu halın daha çox təbii proseslər nəticəsində, dəniz dibindəki layların hərəkəti və dalğaların təsiri ilə baş verdiyi ehtimal olunur".
Ekoloqlar problemin həllini sahilboyu ərazilərdə təmizləmə işlərinin aparılmasında və monitorinqlərin gücləndirilməsi və çirklənmənin mənbəyinin dəqiq müəyyənləşdirilməsində görürlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.