
Lənkəranda eyni ərazidə iki qəza baş verib, ölən və yaralılar var
Lənkəranda eyni ərazidə iki qəza baş verib, ölən və yaralılar var.
Lənkəranda eyni ərazidə iki qəza baş verib, ölən və yaralılar var.
Gundem.today "Report"a istinadən xəbər verir ki, ilk hadisə Ələt-Astara magistralının 213-cü km-də, rayonun Bürcəli kəndi ərazisində baş verib.
Belə ki, rayonun Səpnəkəran kənd sakini 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən və ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Bu zaman avtomobil magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində xəsarət alan sürücü və sərnişin, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Buna baxmayaraq, Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Sadir Həmzəyevin müalicəsi xəstəxanada davam etdirilir.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Onu da qeyd edək ki, sözügedən ərazidə daha bir qəza da baş verib. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəYeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Gədəbəy rayonunda yeniyetmə oğlan həmyerlisini bıçaqlayıb.
HadisəBakıda avtobus sürücüsü sükan arxasında öldü
Bakıda avtobus sürücüsü sükan arxasında ölüb.
HadisəBakıda şadlıq sarayında yanğın olub
Bakıda şadlıq sarayında yanğın olub.
HadisəKür çayında DAŞQIN: Zərdabın Təzəkənd ərazisini su basdı - VİDEO
Kür çayının Zərdab rayonundan keçən hissəsində daşqın baş verib.