
Leyla Əliyeva və Alyona Əliyeva "Yaddaşa həkk olunan təsvir" adlı sərginin açılışında - FOTO
Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisi açılıb.
Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisi açılıb.
Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. "Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində "Analar üçün çiçəklər" əsərinin dörd təcəssümü - rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək", - deyə Ə.Məlikova əlavə edib.
Layihə çərçivəsində eyni obrazın müxtəlif formalarda təcəssüm etdiyini vurğulayan direktor deyib: "Obraz rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir. Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır. Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur".
Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu sərgi müəllifin zəngin və güclü yaradıcı enerjisindən xəbər verir. "Mədəniyyət Nazirliyi yaradıcı insanlara xüsusi diqqət göstərir, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi üçün geniş imkanlar yaradır. Gənc rəssamların beynəlxalq səviyyədə tanınmasına şərait yaradılması prioritet məsələdir. Müəllifin fərqli vizual dili, sənətə cəsarətli yanaşması onu yaradıcılıq baxımından seçilən və yenilikçi edir. Əminik ki, sərgi həm yerli, həm də xarici ziyarətçilər üçün yaddaqalan olacaq və müasir incəsənətin inkişafına öz töhfəsini verəcək", - deyə S.Yusifova əlavə edib.
Sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelenov söyləyib ki, rəssamın yaradıcılığı ənənələrə söykənərək tarixdən süzülüb gəlir və eyni zamanda müasir texnologiyalarla vəhdət təşkil edir.
Sərgi mayın 15-dək davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətHəftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
MədəniyyətNizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ - VİDEO
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Gəncədə yerləşən abidələr arasında ən mühümü isə Nizami Gəncəvi məqbərə kompleksidir.
MədəniyyətBəstəkar Ramiz Mirişlinin oğlu: "Atam həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənniləri mənim mahnılarımı oxuyublar"
Görkəmli bəstəkar Ramiz Mirişli 80 illik yubileyində son müsahibələrindən birini "Kaspi"yə verdi. Bir il sonra isə - 81 yaşında dünyasını dəyişdi. Sevimli bəstəkarın vəfatından 11 il keçəndən sonra oğlu Nazim Mirişli "Kaspi"nin "Doğmalar" rubrikasına atası ilə bağlı xatirələrini danışdı.
MədəniyyətAzərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət Məmmədova
Bu gün Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın anadan olmasından 129 il ötür.