Son dəqiqə
Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq""Beşiktaş" Almaniya klubundan ispan müdafiəçi alırMərkəzi Bank yeni reyestr yaradacaqAzərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır - SƏBƏBKürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?Edqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Epidemioloq: "Peyvənd olunmamış uşaq daim risk altındadır" - FOTO
Epidemioloq: "Peyvənd olunmamış uşaq daim risk altındadır" - FOTO
Cəmiyyət

Epidemioloq: "Peyvənd olunmamış uşaq daim risk altındadır" - FOTO

Bu gün
12:16
0 baxış
Paylaş:

"Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmış müddətdən asılı olmayaraq, immun müdafiəni bərpa etmək mümkündür".

"Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmış müddətdən asılı olmayaraq, immun müdafiəni bərpa etmək mümkündür".

Gundem.today xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin həkim-epidemioloqu Əlcəfər Cəfərov açıqlayıb.

Onun sözlərinə görə, peyvənd qrafikində yaranan boşluğu doldurmaq üçün ilk növbədə sahə pediatrı ilə məsləhətləşərək uşağın yaşına uyğun fərdi bərpa planı tərtib edilməlidir:

"Bu prosesdə əvvəlki dozaları yenidən başlamağa ehtiyac qalmır, sadəcə, qalan peyvəndlər müəyyən intervallarla ardıcıl şəkildə tamamlanır. Bəzi hallarda uşağın qısa müddətdə lazımi müdafiə səviyyəsinə çatması üçün dozalararası müddət həkim nəzarəti ilə optimallaşdırıla bilər. Hər bir peyvənddən öncə övladınız həkim tərəfindən fərdi qaydada müayinə olunur və yalnız onun tam sağlamlığına əmin olduqdan sonra peyvənd qərarı verilir".

Epidemioloq qeyd edib ki, əsassız qorxulara deyil, mütəxəssis rəyinə güvənərək uşağı vaxtında qorumaq gərəkdir:

"Unutmayın ki, vaksinasiya kursunu tamamlamaq uşağı yoluxucu xəstəliklərə tutulmaqdan, onların ağır fəsadlarından, əlillikdən və ölümdən qorumağın ən etibarlı yoludur. Peyvəndlənməmiş hər bir uşaq daim risk altındadır. Övladlarımızın gələcəyini sağlam görmək istəyiriksə, onları vaxtında peyvənd etdirək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Səhiyyə_Nazirliyi#Peyvənd

Oxşar Xəbərlər

Kürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?Cəmiyyət

Kürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yenilənən Kürdəmir stansiyası vasitəsilə Bakı, Ucar, Ləki (Ağdaş), Yevlax, Goran (Goranboy), Gəncə, Dəllər (Şəmkir), Qovlar (Tovuz), Tovuz, Ağstafa və Qazaxa səyahət etmək mümkündür.

Bu gün
13:560
Kürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİCəmiyyət

Kürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ

Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.

Bu gün
13:480
"Sulutəpə dairəsi"ndə TƏHLÜKƏLİ ANLAR: Sərnişin avtobusu təkərsiz idarə olundu - VİDEOCəmiyyət

"Sulutəpə dairəsi"ndə TƏHLÜKƏLİ ANLAR: Sərnişin avtobusu təkərsiz idarə olundu - VİDEO

Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkərində yaranan problem insanların diqqətini çəkib.

Bu gün
13:400
Klinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDICəmiyyət

Klinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI

Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

Bu gün
13:180