
Livanda Fransa hərbçisi həlak oldu, Makron "Hizbullah"ı ittiham etdi - FOTO
"BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı kontingentində xidmət edən fransız hərbçi Livanın cənubunda endirilən zərbə nəticəsində həyatını itirib".
"BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı kontingentində xidmət edən fransız hərbçi Livanın cənubunda endirilən zərbə nəticəsində həyatını itirib".
Gundem.today xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında məlumat yayıb.
"Montabandakı 17-ci paraşüt-mühəndis alayının baş serjantı Florian Montorio bu gün səhər saatlarında Livanın cənubunda BMT sülhməramlı missiyasına edilən hücum zamanı həlak olub. Hadisədə daha üç hərbçi yaralanıb və onlar təxliyə ediliblər", - deyə dövlət başçısı paylaşımında qeyd edib.
Makronun sözlərinə görə, bütün faktlar hücuma görə məsuliyyətin "Hizbullah"ın üzərinə düşdüyünü sübut edir. Bu səbəbdən o, Livan rəhbərliyindən günahkarların həbs edilməsini və UNIFIL ilə birlikdə nizam-intizamın təmin olunması üçün məsuliyyəti öz üzərinə götürməsini tələb edib.
Qeyd edək ki, sülhməramlı missiya 1978-ci ildə İsrailin Livana müdaxiləsindən sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən yaradılıb. Təşkilatın mandatı hər altı aydan bir yenilənir. UNIFIL-in tərkibində 47 ölkədən təqribən 7.5 min nəfər xidmət edir.
Livan Prezidenti Cozef Aun də fransalı həmkarı ilə telefon danışığı zamanı ölkədə Fransa Silahlı Qüvvələrinin bir hərbçisinin həlak olması ilə nəticələnən sülhməramlı qüvvələrə hücumu kəskin pisləyib. Aunun dəftərxanasından verilən məlumata əsasən, o, Makrona insidentin tam araşdırılması barədə göstəriş verdiyini çatdırıb.
"Prezident bir daha təsdiqləyib ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) qarşı istənilən hücumu birmənalı rədd edən Livan dövləti bu qüvvələrin təhlükəsizliyinin qorunmasına və onların öz vəzifələrini yerinə yetirməsi üçün lazımi şəraitin yaradılmasına tam sadiqdir", - deyə açıqlamada qeyd olunub.
C.Aun bildirib ki, müvafiq qurumlara insidentin dərhal təhqiq olunması və günahkarların kimliyinin müəyyənləşdirilməsi tapşırılıb. Aun, həmçinin xüsusi olaraq vurğulayıb ki, Livan hakimiyyəti cinayətdə əli olan bütün şəxsləri tərəddüd etmədən məsuliyyətə cəlb edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: ABŞ İranla əlaqəli gəmiləri beynəlxalq sularda ələ keçirəcək
ABŞ hərbçiləri beynəlxalq sularda İranla əlaqəli neft tankerlərini və kommersiya gəmilərini saxlayacaqlar.
DünyaRəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzani ilə görüşüb.
DünyaKiyevdə baş vermiş atışma nəticəsində ölən və yaralananların sayı artıb
Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.
Dünyaİran ABŞ-dən yeni təkliflər aldığını açıqladı
İran ABŞ-dən Pakistan vasitəsilə danışıqlar üçün yeni təklifləri alıb və hazırda bunlar nəzərdən keçirilir.